/ / “Azərbaycan aviasiyası: keçmişi, bu günü və gələcəyi” mövzusunda müsabiqənin nəticələri açıqlanıb
“Azərbaycan aviasiyası: keçmişi, bu günü və gələcəyi” mövzusunda müsabiqənin nəticələri açıqlanıb
30.07.2015 [10:06]
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azərbaycan Hava Yolları” QSC-nin “Azərbaycan aviasiyası: keçmişi, bu günü və gələcəyi” mövzusunda elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərbaycan Hava Yolları” QSC-nin I vitse-prezidenti Sabir İlyasov, “AZAL” sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
“AZAL” sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev tədbiri açaraq media nümayəndələrini Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Zəngin tarixi ənənələri olan Azərbaycan mülki aviasiyasının son 20 ildə dinamik inkişaf yolu keçdiyini vurğulayan Eldar Hacıyev ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı nəticəsində hava nəqliyyatı sisteminin əsaslı şəkildə təkmilləşdirildiyini, sərnişindaşımada ən son model hava gəmilərindən istifadə edildiyini, vətəndaşlara keyfiyyətli və müasir xidmətlərin göstərildiyini diqqətə çatdırıb.
“AZAL” sərnişindaşıma şirkətinin direktoru regionlarda və paytaxtda müasir infrastruktura malik hava limanlarının fəaliyyət göstərdiyini, onların mütərəqqi iş üslubunun əcnəbi qonaqlarda da məmnunluq hissi doğurduğunu bildirib. Eldar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında səsləndirdiyi iradların aradan qaldırılması istiqamətində “AZAL” rəhbərliyi tərəfindən ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.
Eldar Hacıyev “AZAL”ın kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrdə maraqlı olduğunu bildirərək, bu baxımdan Fondla birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin əhəmiyyətini önə çəkib. O, müsabiqənin nəticələri barədə ətraflı məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin bir aydan çox müddətdə regionlarda və paytaxtda təntənəli şəkildə qeyd olunduğunu xatırladaraq, bunu ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısı kimi dəyərləndirib. Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı-faydalı əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, onların əməyinin stimullaşdırılması, habelə maarifləndirilməsi məqsədilə keçirdiyi çoxşaxəli layihələrdən söz açıb.
İcraçı direktor bildirib ki, Fondun iyunun 19-dan iyulun 15-dək “Azərbaycan Hava Yolları” QSC ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində məqsəd Azərbaycan mülki aviasiyasının tarixi inkişaf mərhələlərinə, hazırkı nailiyyətlərinə və inkişaf perspektivlərinə nəzər salmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək, yaradıcı əməyini stimullaşdırmaq, habelə ölkə ictimaiyyətini bu sahədə həyata keçirilən mütərəqqi islahatlarla yaxından tanış etməkdir.
Vüqar Səfərli müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 50 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub. Qeyd edək ki, qaliblər arasında “Yeni Azərbaycan” qəzetinin əməkdaşı da var.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

