Qafqaz Müsəlmanları İdarəsinin sədri Tacikistanda səfərdə olub
24.07.2015 [09:35]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-22-də Tacikistanın paytaxtı Düşənbə şəhərində səfərdə olub.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü A.Paşazadə Tacikistan Respublikası Hökuməti yanında Dini İşlər, Milli Adət-Ənənə və Mərasimlərin Tənzimlənməsi üzrə Komitənin sədri Süleyman Davlatovla görüşüb.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun da iştirak etdiyi görüşdə Düşənbə konfransı ilə bağlı fikir mübadiləsi aparılıb, habelə bu ilin aprel ayında Bakıda keçirilmiş “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın qərarları və nəticələri müzakirə olunub.
Həmin gün QMİ sədri Azərbaycanın Tacikistandakı səfirliyini ziyarət edib. Azərbaycan nümayəndə heyətinin üzvləri Ulu öndər Heydər Əliyevin səfirliyin ərazisində yerləşən büstünün önünə gül dəstəsi qoyublar.
Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə dünyanın 34 ölkəsini təmsil edən tanınmış dövlət, din və elm xadimlərinin iştirakı ilə keçirilən “İslam dini ekstremizmə və terrorizmə qarşıdır” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri A.Paşazadə iyulun 22-də məruzə ilə çıxış edib. Şeyxülislam Azərbaycan xalqının və şəxsən dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Prezident Emoməli Rəhmona və bütün tacik xalqına çatdırıb. O, qardaş xalqlarımız və ölkələrimiz, həmçinin dövlət rəhbərlərimiz arasında mövcud olan möhkəm dostluq əlaqələrinin əhəmiyyətinə diqqəti cəlb edib. Şeyxülislam A.Paşazadə Prezident Emoməli Rəhmonun bir ay əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarının açılışında iştirak etməsinin onun Azərbaycan xalqına və Prezidentinə böyük ehtiramının nümayişi kimi qəbul edildiyini vurğulayıb.
Düşənbədə keçirilən beynəlxalq tədbirin ümumbəşəri əhəmiyyət kəsb edən məsələyə həsr olunduğunu qeyd edən QMİ sədri Tacikistan dövlətinin İslam irsinin beynəlxalq müstəvidə təbliği işinə öz töhfəsini verməsini dəyərli hal kimi səciyyələndirib.
Son vaxtlar dünyada baş verən ekstremist çıxışları, qanlı terror aktlarını, habelə təkfirçilik təzahürlərini qətiyyətlə pisləyən A.Paşazadə belə əməllərin qarşısının yalnız xalqların qətiyyətli iradəsi, dövlət rəhbərlərinin məsuliyyətli qərarları, din xadimləri və cəmiyyətin bütün təbəqələrinin birgə səyləri ilə alına biləcəyini vurğulayıb. O, bu yolda düzgün dini maarifləndirmə işinin və gənc nəslin dini dəyərlər, əxlaqi-mənəvi keyfiyyətlər ruhunda tərbiyəsinin böyük önəm kəsb etdiyini bildirib.
Beynəlxalq konfransın iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən A.Paşazadə bildirib ki, 25 ildən artıq müddət ərzində işğal və etnik təmizləmə siyasətinin acı nəticələrini yaşayan, Qarabağın işğalının, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi maddi və mənəvi terrorunun şahidi olan Azərbaycan xalqı terrorun və ekstremizmin nə olduğunu yaxşı bilir. QMİ sədri ekstremizmlə, terrorla, ideoloji təxribatlarla mübarizədə islami həmrəyliklə yanaşı, bütün səmavi din ardıcıllarının dialoq və əməkdaşlığını təsirli vasitə kimi dəyərləndirib. O, terror və ekstremizm hallarına son qoyulması yönündə dinlərarası dialoqun, məzhəblərarası anlaşmanın vacib olduğunu bildirərək multikulturalizmin və tolerantlığın Azərbaycanda mövcud nümunəvi modelindən bəhrələnməyin ümumbəşəri önəmini xüsusi vurğulayıb.
Çıxışının sonunda konfransda qəbul ediləcək qərarlarla bağlı konkret tövsiyə və təkliflər verən şeyxülislam bu yaxınlarda Tacikistanda baş vermiş təbii fəlakətlə bağlı qardaş tacik xalqına, onun rəhbərliyinə, yaxınlarını itirən ailələrə başsağlığı verib. QMİ sədri təbii fəlakətdən zərər çəkmiş ailələrə Azərbaycan müsəlmanları adından 10 min dollar məbləğində maddi yardım təqdim etdiyini bildirib.
A.Paşazadə KİV nümayəndələrinin, o cümlədən Tacikistan Dövlət Televiziyasının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10

