“Etika Forumu-Bakı 2015” Forumu keçirilib
02.07.2015 [09:59]
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən Etika Akademiyası Fərdi İnkişaf Mərkəzi iyulun 1-də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Etika Forumu-Bakı 2015” Forumu keçirib.
AZƏRTAC xəbər verir ki, Etika Akademiyasının rəhbəri Günel İbrahim əvvəlcə forumun məqsədi barədə məlumat verib. Qeyd olunub ki, məqsəd vətəndaş cəmiyyətini inkişaf etdirmək, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqət yönəltmək və Milli Etiket Ensiklopediyası kitabının ərsəyə gəlməsi üçün dövlət təşkilatlarının, kommersiya və ictimai qurumların dəstəyinə nail olmaqdır.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Etika Akademiyası hələ ötən il fəaliyyətə başlasa da, gördüyü işlər diqqətdən yayınmır: “Bir çox gənclərin fəallığının artmasında bu akademiyanın xüsusi rolu var. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti bu gün öz bəhrələrini verməkdədir. Çox istərdik ki, bu cür forumlar bölgələrimizdə də keçirilsin”.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə Etika Akademiyası və AGAT-la sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb: “Etikanın elə ən bariz nümunəsi bu yaxınlarda keçirilmiş birinci Avropa Oyunları oldu. Bununla Azərbaycan dünyaya öz mentalitetini, adət-ənənələrini çatdıra bildi. Biz özümüzə aid olanları deyə bildik. Bu Oyunları izləyərkən çox təəssüf ki, qarayaxma kampaniyalarının da şahidi olduq. Bu Oyunlar haqqında söylənilən qərəzli fikirləri eşitdikdə, şəxsən məndə təəssüf hissi yarandı. Əgər kimsə hesab edirsə ki, virtual məkanda qeyri-etik fikirlər deyə bilər, bu, yanlışdır”.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək, birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə hər kəsi təbrik edib: “Getdikcə dövlətimiz gənc nəsillə daha çox uğurlar qazanır. Biz bu foruma da yeni məzmun gətirə biləcəyik. Etika çox böyük məfhumları özündə əhatə edən istiqamətdir. Özümüzlə vətəndaş arasında heç bir fərq görməməliyik. Bu, etikanın ən böyük üstünlüyüdür. Etik davranış qaydalarında ayrı-seçkiliyə yol verilməməlidir. Əgər ailədə kobud münasibətlər varsa, bu, böyük bir etik pozuntusundan xəbər verir. Etik davranış dedikdə, yalnız etik qaydaları düşünməliyik. Bu qaydalar mümkün qədər çox təbliğ edilməlidir”.
Sonra Fansanın Azərbaycandakı səfiri Paskal Mönye, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin aparat rəhbəri xidmətinin məsləhətçisi Fərid Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə standartları qrupunun rəhbəri Firdovsi Mütəllimov, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov və başqaları etik qaydaların önəmindən bəhs edərək, sağlam cəmiyyətin formalaşmasında nəzakət qaydalarının, bərabərlik prinsipinin qorunmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, cari ildə “Regional Etika Bakı-2015”, gələn ildə isə Beynəlxalq Etika Forumunun keçirilməsi nəzərdə tutulub. Bu forumlarda bir sıra Avropa ölkələrindən nümayəndələrin, institutların iştirakı planlaşdırılır.
Sonda Etika Akademiyasının rəhbəri G.İbrahim tərəfindən Milli Etiket Ensiklopediyasının yazılmasında fərqləndiklərinə görə bir qrup şəxs mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56

