/ / Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş mərasim keçirilib
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş mərasim keçirilib
04.06.2015 [09:19]
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb və abidəsi önünə gül dəstəsi qoyulub.
Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.
Nazirliyin ictimai əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Eldar Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir Eldar Mahmudov, məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının Ümummilli liderin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu bildirib. Məzunların bu xüsusi təyinatlı ali təhsil müəssisəsində aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri gənc zabit kimi vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacağı vurğulanıb.
Qeyd edilib ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Məhz buna görə də Ümummilli liderin təşəbbüsü ilə belə bir Akademiya yaradılıb və burada gənc zabitlərə xüsusi xidmətin bənzərsiz ustadı olan Heydər Əliyev məktəbinin dərslərini almaq şərəfi nəsib olub. Bu xüsusi təyinatlı ali təhsil ocağı Ulu öndərin adını iftixarla daşıyır, Onun vətənpərvərlik və peşəkarlıq irsinə daim sadiqdir.
Nazir Eldar Mahmudov deyib ki, əldə olunan nəticələrdə Prezident İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, o cümlədən onun xüsusi təyinatlı Akademiyasına göstərdiyi qayğı və diqqət böyük rol oynayır və bütün şəxsi heyəti ruhlandırır. Ümumiyyətlə, ölkə gənclərinin daim dövlətçilik prinsipləri üzrə tərbiyəsi və onların sabitlik, inkişaf və yeniləşmə siyasətində fəal iştirakı Azərbaycanın gələcəyinə böyük inam yaradır. Dövlətimiz hər zaman gənclərin problemləri ilə məşğul olur, onların hərtərəfli inkişafına diqqət göstərir.
Nazir Eldar Mahmudov bir neçə gündən sonra dünya idman tarixində birinci dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin hərtərəfli və yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq işlərinin görüldüyünü, o cümlədən təhlükəsizlik üzrə bütün aidiyyəti orqanların qarşısında mühüm vəzifələrin qoyulduğunu bildirib. Azərbaycanda beynəlxalq səviyyəli bu cür idman tədbirinin uğurla keçirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər olunmalı, ilk Avropa Oyunlarının sülh, dostluq və əməkdaşlıq bayramına çevrilməsi üçün bütün səylər birləşdirilməlidir.
Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyinə əminliyini bildirib və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısından, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun yüksək təşkilatçılığı sayəsində akademiyanın inkişafından bəhs edib. General-leytenant Ziya Yusifzadə sıralarında Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailiyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Akademiyanın məzunları - leytenant Kamal Qəmbərli və leytenant Aslan Həmidov çıxış edərək Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirməkdən qürur duyduqlarını deyiblər. Gənc zabitlər Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Sonra milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov və general-leytenant Ziya Yusifzadə Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim ediblər.
Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir Eldar Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilib.
Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov məzunların valideynləri ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

