“İstedadlı uşaqlar-2015” festivalının qalibləri mükafatlandırılıb
02.06.2015 [16:25]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil olunmuş “İstedadlı uşaqlar-2015” festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 130-dək uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və milli azlıqların ailələrindən olan uşaqlar iştirak ediblər.
AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət proqramları, Tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi üçün milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. B.Muradova Milli Məclisin, Təhsil Nazirliyinin, “Lider Qadınlar” İctimai Birliyinin və UNİCEF-in birgə fəaliyyəti nəticəsində 2006-cı ildə yaradılmış Azərbaycan Uşaq Parlamentinin fəaliyyətini yüksək qiymətləndirib. O deyib ki, bu təşkilatın yaradılması uşaqların problemlərinin həllinə yanaşma metodunun dəyişməsində, yeni demokratik cəmiyyətin formalaşmasında, yeniyetmə və gənclərin həyatda öz layiqli yerlərini tutmasında mühüm rol oynayır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov uşaqları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Milli Məclisin deputatı qeyd edib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Təmsil etdiyi qurum ilə Azərbaycan arasında yaradılan işgüzar faydalı əməkdaşlıqdan bəhs edən UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Shilakadze Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək qiymətləndirib.
Tədbirdə uşaqların rəsm əsərlərinin nümayişi, həmçinin 2014-2015-ci illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2015” filminin təqdimatı olub.
Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılıb, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunublar.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

