“Alov Qoruyanlar”
20.05.2015 [09:51]
İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Hazırda ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri sürətlə davam edir və demək olar ki, dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarına Azərbaycan tam hazırdır. İlk Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Bakı-2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, ilk növbədə, ölkəmizin adını bir daha Avropanın idman tarixinə yazacaq”. Bunu qəzetimizə Azərbaycan Memarlıq və İnşaat Universitetinin I kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Nigar Vəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan bu Oyunlar vasitəsilə tolerant ölkə olduğunu dünyaya nümayiş etdirəcək: “Belə bir yarışın təşkil edilməsi və ölkəmizdə baş tutması bizə olan yüksək etimaddan irəli gəlir. Necə ki, bu gün ilk Olimpiya Oyunlarının keçirildiyi ölkə kimi Yunanıstanın adı çəkilir, eləcə də, Azərbaycan yüz illər keçməsinə baxmayaraq, ilk Avropa Oyunlarının təşkil olunduğu dövlət kimi tarixdə qalacaq. Azərbaycanın adı hər zaman müxtəlif viktorinalarda, bilik yarışmalarında səslənəcək. Hətta Avropa Oyunlarının məkanı dəyişəcək, amma ilk Oyunların təşkilatçısı, həmin Oyunlara ev sahibliyi edən Azərbaycanın birinciliyi dəyişməyəcək. İstər idman tarixində, istərsə də hər kəsin dilində Azərbaycan ilk Oyunların təşkilatçısı kimi anılacaq. Ona görə də bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Məhz bu səbəbdən birinci Avropa Oyunları müstəqillik dövründə ölkəmizin dünyaya yaxından tanıdılması üçün daha bir əlverişli imkan kimi xarakterizə edilməlidir”.
“İlk Avropa Oyunları bizi bütün dünyaya tanıdacaq. Yarışlar zamanı Azərbaycan bir daha tolerant, bütün dünyaya açıq bir ölkə olduğunu nümayiş etdirəcək”. Bunu isə Azərbaycan Dillər Universitetinin ikinci kurs tələbəsi, “Bakı 2015”in könüllüsü Əlilə Seyfulina deyib. O vurğulayıb ki, birinci Avropa Oyunları beynəlxalq aləmdə Azərbaycanın imicinin artması baxımından əhəmiyyətlidir: “Tək Avropa Oyunları deyil, ümumiyyətlə, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətə tanıdılması baxımından çox önəmli və vacibdir. İdman oyunları bir fürsətdir ki, Azərbaycan idman sahəsində olan nailiyyətlərini dünyaya nümayiş etdirsin”.
“Bakı 2015”in könüllüsü paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarında könüllülərin görəcəyi işlərdən də danışıb: “Biz bu Oyunlarda ölkəmizi təbliğ edəcəyik. Gələn qonaqlara Azərbaycan haqqında məlumatlar verəcəyik. Bu, çox gözəl, həm də qürurverici bir işdir. Mən bununla fəxr edirəm. Ölkəmiz Oyunlara ev sahibliyi etmək üçün böyük əmək sərf edib. Bunun qarşılığında isə bütün dünya Azərbaycanın nə qədər tolerant, eyni zamanda, inkişaf etmiş bir ölkə olduğunun bir daha şahidi olacaq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

