Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdir
07.05.2015 [09:55]
Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə təkamül varsa, deməli, o cəmiyyətdə gənclər də yaradıcı, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Azərbaycan gəncliyini, həqiqətən də, ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik potensial qüvvə olmaqla bərabər, həm də yeniləşmə, müasirləşmə, inkişafın təməl sütunu saymaq olar.
Əlbəttə ki, gənclərimizin müasir, inkişaf etmiş, yüksək intellektə malik aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, ölkədə həyata keçirilən gənclər siyasətinin mühüm rolu var. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların nəticəsidir ki, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu siyasətin banisi isə Ulu öndər Heydər Əliyevdir. Bu böyük zəka sahibinin müəyyənləşdirdiyi gənclər siyasətinin mühüm hədəfləri gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin gələcək inkişafında gənclərin iştirakının və məsuliyyətinin yüksəldilməsi, onların sosial ehtiyaclarının ödənilməsi, yüksək səviyyədə təhsil almalarının təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, həmçinin, dövlət idarəçiliyində gənclərin rolunun artırılması olmuşdur. Məhz həyata keçirilən məqsədyönlü siyasətin sayəsində bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Bu sahədə siyasətin düzgün qurulmasının nəticəsidir ki, artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər.
Heç şübhəsiz ki, ölkədə müəyyən bir sferanın inkişafı üçün həmin sahənin qanunla tənzimlənməsi şərtdir. Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün zəngin hüquqi baza mövcuddur. Qəbul olunan bütün normativ sənədlərdə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımı kimi vacib müddəalar əksini tapıb. Azərbaycan dövləti gənclərin yalnız sosial qayğılardan azad olması, ölkənin həyatında aktiv iştirak etməsində deyil, eyni zamanda onların Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasında da birbaşa maraqlıdır. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Gənclər artıq müşahidəçi qismindən birbaşa proseslərin iştirakçısına çevriliblər. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə qismində çıxış edir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurlar qazanırlar. Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasında öz möhürünü vurur. Böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də tarixi kökdən, gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
Göründüyü kimi, bu gün Azərbaycan gəncliyinin önündə böyük imkanlar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi gənclər bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdırlar. Hər bir gənc öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının tərəqqisi ilə bağlamalı, nəbzi onunla döyünməlidir. Azərbaycanın yüksək inkişafa nail olmasını dünya heyranlıqla izləyir. İftixar doğuran hal odur ki, həm də bu inkişafın fonunda Ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı ideyaları gerçəkləşir, arzu və istəkləri həyata keçir. Ulu öndər Heydər Əliyev gənclərə xitabən “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın 21-ci əsrdə quranlarısınız. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə Sizə etibar edəcəyik” söyləmişdir. Bu sözlər, həqiqətən də, gəncliyə olan inamın, diqqətin sonsuz ifadəsidir. Biz bu etimadı daim uca tutaraq ölkəmizin həyatında öz mötəbər mövqeyimizi, inam və etibarımızı qoruyub saxlayacaq, daima bu ideyalara sadiq olaraq dövlətimizin parlaq gələcəyi, vətənimizin inkişafı üçün daha əzmlə çalışacağıq.
Mustafa ƏNVƏRZADƏ
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin 2-ci kurs tələbəsi, YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

