/ / Vergi işçiləri arasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri başlayıb
Vergi işçiləri arasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri başlayıb
21.04.2015 [10:04]
Aprelin 18-də vergi xidməti əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş onuncu şahmat turnirinə start verilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə vergi orqanlarının bütün struktur bölmələrinin əməkdaşları iştirak edirlər. Olimpiya sistemi üzrə keçirilən turnir mayın 2-də başa çatacaq.
Nazirliyin Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə turnirin açılışında Azərbaycanda şahmatın zəngin inkişaf tarixinin olduğunu vurğulayaraq ölkəmizdə bu sahədə güclü idmançıların yetişdiyini bildirib. Qeyd olunub ki, ölkəmizdə idmanın bu növünün daha sürətli inkişafı, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması xalqımızın Ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründən geniş vüsət alıb. Məhz həmin dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın bir çox şəhər və rayonunda şahmat məktəbləri və klublar açılıb. Məhz həmin dövrdə ölkəmizdə idmanın bu növünə maraq kütləvi xarakter alıb və Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.
Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini söyləyən natiq bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi Sərəncam imzaladığını da vurğulayıb. Qeyd olunub ki, bu tədbirlər nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı artır. Dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr gənclər arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 min nəfər idmanın bu növü ilə məşğul olur.
Bildirilib ki, şahmat üzrə iki dəfə Avropa çempionu olmuş Azərbaycan bu sahədə nüfuzlu beynəlxalq yarışlara da ev sahibliyi etməyə başlayıb. Bu günlərdə Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci beynəlxalq turnir keçirilir. Gələn il isə ölkəmizdə Şahmat Olimpiadası keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

