Binəqədi rayonunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub
13.02.2015 [10:03]
Dünən Binəqədi rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi rayon İcra Hakimiyyətinin birgə elan etdikləri “Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidentin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları - Madər Musayev, Rafael Cəbrayılov, rayonun müxtəlif təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayon İcra Hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. O, həmçinin, jurnalistləri rayonla bağlı yazılar hazırlayarkən obyektivlik prinsipini qorumağa, mövcud problemləri göstərməyə çağırıb. Keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edən X.İsgəndərov müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə və məruzədə yer alan makroiqtisadi göstəricilər Binəqədi rayonunun ötən il uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Vüqar Səfərli ölkə başçısının 2014-cü ildə rayona 7 dəfə səfər etməsi faktını xüsusi vurğulayaraq, bu yüksək diqqətin nəticəsi kimi Binəqədi rayonunun hesabat ilində mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.
Çıxışını davam etdirən Fondun icraçı direktoru əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi və siyasi islahatların nəticəsi olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin sürətli inkişaf yolu keçdiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini, KİV-lərə dövlət qayğısının ardıcıl və sistemli şəkildə gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, həmin Konsepsiyadan irəli gələn məsələlərin reallaşdırılması üçün ölkə başçısının 2009-cu il 3 aprel tarixdə imzaladığı Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
Vüqar Səfərli daha sonra Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə ətraflı məlumat verib. İcraçı direktor Fondun Binəqədi rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 41 yazının daxil olduğunu diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqə üzrə 6 jurnalistin əsas, 19 jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Binəqədi rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək yaxın perspektivdə “Təmiz Binəqədi” layihəsinə həsr olunmuş növbəti birgə müsabiqənin təşkil olunacağını diqqətə çatdırıb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Qeyd edək ki, mükafatçılar arasında qəzetimizin əməkdaşı Mübariz Abdullayev də var.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34

