Daşkəsəndə Gənclər Günü qeyd olunub
03.02.2015 [18:03]
Dünən Daşkəsəndə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə rayonda Ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər gül-çiçək dəstələri düzüblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək deyib ki, müstəqillik dövrünün ilk illərində öz talelərinin ümidinə buraxılan Azərbaycan gəncliyi bugünkü xoşbəxt həyata və xoş gələcəyə görə Ulu öndərimizə daim borclu və minnətdardır. Məhz Ulu öndərin təşəbbüsü və sərəncamları ilə 1994-cü ildə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradılıb. Bugünkü Gənclər Gününün də yaradıcısı və təşəbbüsçüsü Ulu öndər olub: “Məhz Onun bilavasitə iştirakı ilə bir neçə dəfə Azərbaycan gənclərinin forumu keçirilmişdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın yetirmələri olan, təhsilimizdə, idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial iqtisadi həyatda xalqımızı layiqincə təmsil edən, aktiv fəaliyyət göstərən savadlı, böyük intellektual dünyagörüşünə, dərin biliyə malik olan gənclərimiz vardır. Prezident İlham Əliyev Azərbaycan gəncliyinin ehtiyac və qayğılarının, problemlərinin həlli üçün həmişə maraqlanmış, onlara daim kömək göstərmişdir. Bu gün “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Rayon gənclərinə diqqət və qayğını indi də hər birimiz prioritet vəzifə kimi qəbul edirik. Bu gün özünü gənc kimi hiss edən, gənclərlə birgə olan, onların arzuları ilə, qayğıları ilə yaşayan hər birimizin bayramıdır. Bu bayram münasibətilə hamınızı təbrik edir, möhtərəm Prezidentimizin gənclər qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icra edilməsində müvəffəqiyyətlər arzulayıram”.
Daha sonra çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov deyib ki, müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiya və Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib. Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə müstəqil Azərbaycan gəncləri Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq olmalı və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidirlər. Natiq sonra Daşkəsən rayon Gənclər və İdman idarəsinin ötən il ərzində həyata keçirdiyi tədbirlərdən və əldə olunan nailiyyətlərdən söz açıb.
Məruzə ətrafında Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev, YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüqar Məmmədov və digərləri çıxış edib, Heydər Əliyev ideyalarının Azərbaycanda uğurla həyata keçirilməsi üçün bütün gənclərimizi Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıblar.
Tədbirin sonunda rayonun ictimai həyatında, müxtəlif yarışlarda, mədəni-kütləvi tədbirlərdə fərqlənən bir qrup gənclərə rayon Gənclər və İdman idarəsi adından qiymətli hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

