AMEA-nın Eroziya və Suvarma İnstitutunun birillik fəaliyyəti müzakirə olunub
19.12.2014 [09:40]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, AMEA-nın Aqrar Elmlər Bölməsinin Bürosu ilə birgə təşkil edilən iclasda bu elm müəssisəsinin 2014-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı dinlənilib.
Eroziya və Suvarma İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli bu elm müəssisəsində aparılan tədqiqat işləri barədə geniş məlumat verib. Bildirib ki, institutda 8 mövzu və 11 iş üzrə tədqiqatlar yerinə yetirilib. Şamaxı, İsmayıllı, Qobustan, Gədəbəy, Lənkəran və Astara rayonlarında aparılan tədqiqatların məqsədi eroziyaya məruz qalan ərazilərdə bu prosesin qarşısını almaq və torpağın münbitliyini artırmaq, eroziyaya qarşı müasir mübarizə tədbirlərinin işlənib hazırlanmasından ibarət olub. Həmçinin Abşeron, Quba, Qəbələ, Tərtər rayonlarında suya qənaət edən azintensivli suvarma sisteminin tətbiqinin müsbət tərəfləri araşdırılıb, əkinçilik zonası ərazisində su ehtiyatlarının monitorinqi, alternativ suvarma mənbələrinin tədqiqi üzrə işlər aparılıb. S.Səfərli Dağlıq Şirvan bölgəsinə daxil olan Ağsu, İsmayıllı və Şamaxı rayonları üçün GIS texnologiyası əsasında eroziya təhlükəlilik elektron xəritələrinin hazırlandığını bildirib.
İnstitutun beynəlxalq əlaqələrindən söz açan S.Səfərli bildirib ki, Rusiya, Belarus və Polşanın elmi müəssisələri ilə müqavilələr imzalanıb və gələcəkdə birgə işlər aparılması planlaşdırılır.
Qeyd olunub ki, institutda əyani yolla 13 aspirant təhsil alır. Eroziya və Suvarma İnstitutunda 48 elmi əsər, o cümlədən bir dərslik, üç monoqrafiya və 44 məqalə (7 məqalə xaricdə) dərc olunub, bir patent alınıb.
AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi, akademik Qərib Məmmədov, professorlar Nizami Ağayev, Hamlet Aslanov və başqaları hesabat məruzəsi ilə bağlı fikir və təkliflərini söyləyiblər. Natiqlər institutda aparılan tədqiqatların nəticələrini yüksək qiymətləndirib, bu elm müəssisəsinin birillik fəaliyyətini qənaətbəxş hesab ediblər.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

