Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq
13.12.2014 [12:05]
Azərbaycan Tibb Universitetində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, universitetin professor-müəllim heyəti, ziyalılar və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov Ulu öndər Heydər Əliyevin həyatı və böyük siyasi fəaliyyəti ilə bağlı məlumat verib. O qeyd edib ki, hər il Azərbaycanla yanaşı, bir çox ölkələrdə müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin anım mərasimləri təşkil olunur: “Tarixdən də bəllidir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, Onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu öndərin Azərbaycanın inkişafı naminə gördüyü işləri artıq bütün dünya etiraf edir”.
Akademik Ə.Əmiraslanov bildirib ki, Heydər Əliyevin Azərbaycanın səhiyyə sahəsinin inkişafı üçün gördüyü işlər də əvəzsizdir. Onun sözlərinə görə, Ulu öndər daim Azərbaycan Tibb Universitetini diqqət mərkəzində saxlayıb və universitetin maddi-texniki bazasının möhkəmləndirilməsində Onun böyük rolu olub. ATU-nun rektoru Ulu öndərin Azərbaycan xalqının gələcək inkişafı üçün Prezident İlham Əliyev kimi müdrik şəxsiyyəti yetişdirdiyini də qeyd edib. Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir: “Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırıb. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır”.
Sonra Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək Ulu öndər Heydər Əliyevin adının dünyanın böyük tarixi şəxsiyyətləri sırasında olduğunu vurğulayıb: “Qlobal təhdidlərlə dolu olan bu dövrümüzdə Azərbaycanın öz müstəqilliyini qoruyub saxlaması çox çətin bir iş idi ki, bunun öhdəsindən ancaq Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə dövlət və milli maraqların təminatı başlıca yer tutur”.
Tədbirdə daha sonra akademik Adilə Namazova, ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, universitetin əczaçılıq fakültəsinin dekanı Tahir Süleymanov, ATU-nun 3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Məmmədova Ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41

