Görmə qüsurlu şəxslərin əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri müzakirə edilib
02.12.2014 [09:30]
Dekabrın 1-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransın açılışında MHA-nın sədri Kamran İmanov bildirib ki, ölkə rəhbərliyinin dəstəyi ilə Azərbaycanda müəllif-hüquq sistemi və ümumiyyətlə, əqli mülkiyyət problemləri ilə bağlı mütəmadi beynəlxalq və milli tədbirlər keçirilir. Belə tədbirlər müəlliflik hüququnun, əqli mülkiyyət hüquqlarının tanınmasına və inkişafına xidmət edir. Bunların sırasında məhdud imkanlı insanların problemlərinin həll olunmasına yönəlmiş seminar və konfranslar xüsusi qeyd edilməlidir.
Daha sonra K.İmanovun “İstisnalar, məhdudiyyətlər və milli müəllif - hüquq qanunvericiliyi” mövzunda məruzəsi dinlənilib.
Son 20 ildə Azərbaycanın müəllif-hüquq sisteminin dinamik inkişaf etdiyini diqqətə çatdıran K.İmanov ölkədə bu sahədə 40-dan artıq normativ-hüquqi akt və altı qanun, o cümlədən analoqu olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun qəbul edildiyini vurğulayıb.
Bildirilib ki, Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı müvafiq hesabatlarında Azərbaycanın əqli mülkiyyət institutları MDB məkanında 2013-2014-cü illərdə liderdir. 2010-cu ildən başlayaraq, Azərbaycan bu hesabatlarda əqli mülkiyyət sahəsində Cənubi Qafqazın ən qabaqcıl dövləti kimi təqdim olunur. Azərbaycan DƏMT-in rəhbər orqanında - Koordinasiya Komitəsində təmsil olunur. Azərbaycan nümayəndəsi MDB məkanında ilk dəfə DƏMT-in 100-dək dövlətin təmsil olunduğu “Müəlliflik Hüququna dair” Konvensiyası Müqaviləsi Assambleyasının sədri seçilib. Bu nəticələrin əldə edilməsi, uğurların səbəbi və ən mühüm zəmini Prezident İlham Əliyevin yürütdüyü siyasətdir, dövlət başçısının təfəkkürü və düşüncə tərzinin kreativliyi, müstəqilliyidir, gələcəyi görmək məharətidir, onun yaratdığı davamlı inkişafın “Azərbaycan modeli”dir.
MHA-nın sədri rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış milli müəllif-hüquq sisteminin və Müəllif Hüquqları Agentliyinin müstəqillik dövründəki fəaliyyətinin cari ildə 21 yaşı tamam olub. Ötən illərdə respublikamızda əqli mülkiyyət, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində qanunvericilik, idarəçilik və məhkəmə sistemləri yaradılıb, müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb.
K.İmanov vurğulayıb ki, Azərbaycan nəzəri hazırlıq səviyyəsində Mərakeş Müqaviləsinə qoşulmaqla yanaşı, gözdən əlillər üçün böyük praktiki iş aparıb və bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
DƏMT-in müəllif hüququ bölməsinin əməkdaşı xanım Geidy Lunq konfransın vacib mövzuya həsr olunduğunu, təmsil etdiyi qurumun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda bu mövzuya həsr olunan tədbir və layihələrin keçirilməsinə dəstək göstərdiyini vurğulayıb.
Konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov çıxış edərək Azərbaycanda gözdən əlillərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Daha sonra “Mərakeş müqaviləsinin təhlili”, “Korların və digər görmə qüsurlu əlillərin cəmiyyətə sosial inteqrasiyası”, “Mərakeş müqaviləsi görmə qüsurlu şəxslərin perspektivindən”, “Milli qanunvericiliklərdə görmə qüsurlu şəxslər üçün məhdudiyyətlər və istisnalar”, “Gözdən əlillər üçün informasiya əlyetərliliyinin təmin edilməsi” və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilib.
Beynəlxalq konfrans dekabrın 2-də işini “Azərbaycan Respublikasında müəlliflik hüquqlarının cari çağırışları”, “Mərakeşə və ratifikasiya prosesinə gedən yol” mövzularında “dəyirmi masa”larla davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

