/ / Bakı Slavyan Universitetində “İnformasiya təhlükəsizliyi və müasir media” mövzusunda seminar keçirilib
Bakı Slavyan Universitetində “İnformasiya təhlükəsizliyi və müasir media” mövzusunda seminar keçirilib
30.10.2014 [10:06]
Seminarda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib
Dünən Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin 4-cü kurs tələbələrinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Hikmət Babaoğlu ilə görüşü keçirilib. Görüş “İnformasiya təhlükəsizliyi və müasir media” mövzusuna həsr olunub. Öncə fakültənin dekanı Səfər Məmmədov çıxış edərək indiki dövrdə görüşün mövzusunun çox aktual olduğunu diqqətə çatdırıb və bu görüşün tələbələr üçün faydalı olacağını vurğulayıb.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tələbə-gənclərlə belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, gələcəyin jurnalistləri olacaq tələbələr bu sahədə mövcud olan reallıqları dərindən mənimsəməyə çalışmalıdırlar: “Yaşadığımız əsr dünyada informasiya əsri kimi səciyyələndirilir. Müasir dövrdə mödern və postmodern cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya subyektləri kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirir ki, bu da mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən faktor qismində çıxış edir”.
Baş redaktor çıxışında yeni sosium növü olan informasiya cəmiyyəti, transmilli media institutlarının fəaliyyəti, beynəlxalq informasiya savaşında yeni kibertexnologiyalar və texnoloji innovasiyalardan spesifik strateji vasitə kimi istifadə olunması məsələlərinə toxunub. İnfoimperializm anlayışı barədə məlumat verən Hikmət Babaoğlu bu məfhumu “informasiya resursları və idarəetməsi üzərində qurulan idarəetmə və istismarın ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirildiyi siyasət növü” kimi səciyyələndirib.
“İnformasiya cəmiyyəti dedikdə elə bir sosium növü nəzərdə tutulur ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Digər mənada, informasiya cəmiyyəti gündəlik elmi və ya işgüzar ünsiyyət də daxil olmaqla bir çox sahə və istiqamətlərdə modern informasiya texnologiyalarına istinad etməklə informasiya dövriyyəsinin təşkil olunduğu sosium növü kimi səciyyələndirilir”, - deyən baş redaktor qloballaşan dünyada informasiya amilindən təsir və təzyiq faktoru kimi istifadə olunması məsələlərinə də toxunub. Hikmət Babaoğlu bildirib ki, infoimperialistlər transmilli media vasitəsilə ayrı-ayrı xalqlara və dövlətlərə qarşı təsir göstərməkdədirlər. Bu amilin informasiya təhlükəsizliyi məsələsini olduqca aktual etdiyini vurğulayan natiq deyib ki, hər bir milli dövlət informasiya təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşmalıdır. “Milli inkişafı təmin edən komponentlərdən biri intellektual resurslardır ki, informasiya cəmiyyətində milli maraqlarımızın müdafiəsi üçün bu faktordan səmərəli istifadə olunmalıdır. Bu gün Azərbaycan, sözün əsl mənasında, “sabitlik adası” kimi səciyyələndirilə bilər. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir”, - deyən baş redaktor vurğulayıb ki, informasiya təhlükəsizliyinin əsas istiqaməti beynəlxalq arenada informasiya hücumlarının qarşısının alınması, xüsusilə virtual platformada təxribatların neytrallaşdırılması və digər məqamlardır. Hikmət Babaoğlu bildirib ki, milli media məkanımız informasiya təhlükəsizliyinə ciddi diqqət yetirməli və KİV-lər fəaliyyətində milli və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.
Daha sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tələbələrin suallarını cavablandırıb.
Sonda Bakı Slavyan Universiteti Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu görüşün çox səmərəli olduğunu, tələbələrin yeni biliklər əldə etdiyini vurğulayıb. O qeyd edib ki, belə görüşlərin keçirilməsi tələbələrin müasir media məkanı ilə bağlı dünyagörüşlərinin inkişafı baxımından əhəmiyyətlidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

