Düşmənlə üz-üzə...
28.10.2014 [09:41]
Yaxud tez-tez erməni gülləsinə tuş gələn məktəbdən reportaj...
Xəbər verildiyi kimi 24-25 oktyabr tarixlərində Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdiyi səfər çərçivəsində bizlər - ölkənin media nümayəndələri Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəblərində dərs prosesini izlədik, müəllim və şagirdlərlə, həmçinin, kənd sakinləri ilə görüşdük. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun da dediyi kimi səfərdə əsas məqsəd bölgədə hazırda mövcud olan vəziyyətin jurnalistlər tərəfindən yerində müşahidə edilməsi və ictimaiyyətə olduğu kimi çatdırılmasından ibarət idi.
Beləliklə, tanışlığa ilk olaraq Tovuz rayonundan, daha doğrusu Hacallı kəndindən - Milli Qəhrəman Qasım Qara oğlu Rzayevin adını daşıyan məktəbdən başladıq. Məlumat üçün qeyd edək ki, Tovuz rayonunun Hacallı kəndi ilə mənfur qonşularımızın nəzarət etdiyi yüksəkliklər arasındakı məsafə az olduğundan düşmən burada yaşayan əhalinin hərəkətini asanlıqla müşahidə edə bilir. Amma bu, kənd sakinlərini qətiyyən narahat etmir.
Soyuq divarlarda güllə nişanı...
Qeyd edək ki, bu məktəbdə 47 müəllim və 24 texniki işçi çalışır. Məktəbdə 437 nəfər şagird təhsil alır. Düşmən tərəfin atəşkəsi intensiv pozması nəticəsində məktəb tez-tez iriçaplı silahlardan atəşə tutulur. Lakin buna baxmayaraq, şagirdlər erməni güllələrindən zərrə qədər də olsa, çəkinmədiklərini söylədilər. Elə məktəbdə olduğumuz zaman siniflərdə davamiyyətin yüksək olması da buna sübut idi. Bizi məktəbin qarşısında qarşılayan direktor Mehriban Rüstəmova bildirdi ki, 2013-2014-cü tədris ilində buranı bitirən 37 şagirddən 9-u ali məktəbə, 3-ü isə kollecə daxil olub. Onlar arasında 650 baldan yüksək nəticə göstərən şagirdlər də olub ki, bu da məktəbin uğurlarından biri kimi qeyd edilməlidir. Mehriban xanım həmçinin atəşkəsin pozulması halında belə məktəb kollektivinin tədrisi davam etdirdiyini dedi.
Məktəbin yerləşdiyi köhnə binanın darvazasının qarşısındayıq. Ermənilərin vəhşiliyi bu darvazadan da yan keçməyib. Belə ki, atılan iriçaplı silahlardan çıxan güllələr darvazanı yararsız hala salıb. Rayon təhsil şöbəsinin metodisti Məcid Məmmədovun sözlərinə görə, rayonda ümumilikdə 17 məktəb düşmənin açdığı atəş nəticəsində zərər çəkib: “Rayondakı məktəblərin 40 faizdən çoxu düşmənlə üzbəüz olan kəndlərdədir. Çətin şəraitdə dərslərin keçirilməsinə baxmayaraq, yüksək əhvali-ruhiyyə ilə tədris prosesi uğurla davam etdirilir. Çünki hər bir sadə kənd insanı dövlətimizin qayğısını öz üzərində hiss edir”.
Sevginin pik nöqtəsi...
Hacallı kənd orta məktəbinin direktor müavini Ədalət Rzayev bizimlə söhbət zamanı əlində tutduğu gilizləri KİV təmsilçilərinə göstərir: “Bunlar atışma vaxtı bizim məktəbimizin həyətinə tökülən güllələrdir. İndi vəziyyət yaxşıdır, tək-tək güllə səsləri eşidilir. Ermənilərin açdığı atəş nəticəsində məktəbin bütün şüşələri çilik-çilik olmuşdu. Yenilərini taxdırmışıq. Amma aşağıda bir yerdə pəncərədə güllə izi hələ də qalır”.
Məktəbin ibtidai sinif müəlliməsi Təranə Orucova ilə söhbətimizdə isə diqqətimizi düşmən gülləsindən nəsibini almış yazı lövhəsi cəlb edir.
Siniflərdən birinə daxil olub şagirdlərlə söhbətləşirik. Şagirdlərin bir ağızdan erməni güllələrindən, onların hücumlarından zərrə qədər də olsa, çəkinmədiyini demələri bizi fərəhləndirir. Onların məktəbin həyətində Azərbaycan Respublikasının Dövlət Himnini oxuyarkən əllərini sinələrinə qoymaları bu şagirdlərin Vətənə olan sevginin pik nöqtəsidir desək, heç də yanılmarıq.
Yeri gəlmişkən, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məktəb haqqında fikirlərini bizimlə bölüşərkən bildirdi ki, bu məktəbin müəllimləri, şagirdləri demək olar ki, güllə yağışının altında dərs keçirlər: “Məktəbin divarlarında, pəncərələrində güllə izlərinə rast gəlmək mümkündür”...
Kənddə eşidilən toy səsləri...
Məktəbə adı verilən Milli Qəhrəman Qasım Rzayevə də dərs dediyini bildirən 64 yaşlı dil-ədəbiyyat müəlliməsi Səmayə Hüseynova bildirdi ki, artıq 43 ildir bu məktəbdə çalışır: “Bura mənə ata evi kimidir. Necə deyərlər, isti ocağım, dolu bucağımdır. 43 ilimi bu məktəbə vermişəm. Atışmalara şagirdlər də öyrəşib, hətta onlar bəzən mənə ürək-dirək verirlər ki, müəllimə, narahat olmayın”.
Səfər çərçivəsində cəbhə bölgəsindəki N saylı hərbi hissəyə də baş çəkdik. Məktəb uşaqları kimi, əsgərlərimiz də yüksək döyüş əhval-ruhiyyəsində idilər. Burda bizə və məktəb şagirdlərinə silahlar haqqında məlumat verildi. Bu kənddə, bu məktəbdə gördüklərimizdən aydın oldu ki, bu insanlar müharibə qorxusuna çoxdan qalib gəliblər. Belə ki, biz məktəbin həyətində olanda uzaqdan toy səsi də eşidilirdi...
Sonda...
Beləliklə, barıt qoxusu kəndin səmasından çəkilməsə də, heç kim doğma yurdu tərk etmək barədə düşünmür. Son iki ildə Hacallıda 10-dan çox yeni ev tikilib. Cavanların əksəriyyəti öz talelərini doğma kəndlə bağlayırlar. Atəşkəsin tez-tez pozulması belə, sakinlərin qurub-yaratmaq eşqini azaltmayıb. Ermənistanla sərhəddə yerləşən Hacallı kəndi indi möhtəşəm bir qalanı xatırladır. Bu qalanı almağın mümkünsüz olduğunu isə artıq düşmən özü də dərk etməyə başlayıb...
Hacallı kəndi ilə sağollaşıb yolumuza davam edirik. Bizi isə sırada daha bir neçə sərhədyanı kənddəki məktəblərə baxış gözləyir...
Oktay
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32

