/ / Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllənin tikintisi yekun mərhələyə qədəm qoyur
Mingəçevirdə məcburi köçkünlər üçün salınan yeni məhəllənin tikintisi yekun mərhələyə qədəm qoyur
25.10.2014 [12:02]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.
AzərTAc xəbər verir ki, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələri ilə birgə əraziyə baxış keçirən Əli Həsənov tikinti işlərinin gedişi ilə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib.
Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli yaşayış binaları tikilir. Bundan əlavə 480 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS və klub-icma mərkəzi üçün binaların tikintisi də sürətlə davam etdirilir.
Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Bu ilin mayında başlanan tikinti işlərinin dekabrda başa çatdırılması nəzərdə tutulur. Əli Həsənov noyabrın birinci ongünlüyündən sonra intensiv yağışların başlayacağını nəzərə alaraq binaların fasadında və həyətində işlərin sürətləndirilməsi üçün konkret tapşırıqlar verib, təmir-bərpa işlərinin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
Məlumat verilib ki, Dövlət Proqramına uyğun olaraq hazırda Mingəçevirlə yanaşı, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazilərində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Məcburi köçkünlərin məskunlaşdırılmasının prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.
Müşavirədə tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problem yaranmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, eləcə də tikinti materiallarının olduğunu bildiriblər. Vurğulanıb ki, yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə vaxtında və yüksək keyfiyyətlə təhvil verilməlidir.
Əli Həsənov Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin İcraiyyə Komitəsinin olimpiya şəhərcikləri üzrə iş menecerləri ilə də görüşüb. Görüşdə bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

