Nobel mükafatçısı İqtisad Universitetində olub
02.10.2014 [09:51]
Oktyabrın 1-də Nobel mükafatı laureatı Piter A.Daymond Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) qonağı olub. Amerikalı iqtisadçı ADİU-nun professor-müəllim heyəti və tələbələri ilə görüşüb.
Tədbir Piter A.Daymondun həyat və fəaliyyətini əks etdirən qısa filmin nümayişi ilə başlayıb. Universitetin rektoru, professor Ədalət Muradov Nobel mükafatçısını bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirərək, cənab Daymondun elmdə əldə etdiyi nailiyyətlərdən danışıb. Rektor ABŞ Prezidenti Barak Obamanın Piter A.Daymondun fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.
Sonra rektor Ədalət Muradov Nobel mükafatı laureatı Piter A.Daymonda universitetin “Fəxri doktor”u diplomunu təqdim edib.
Piter A.Daymond tədbirdə çıxış edərək, İqtisad Universiteti ilə tanışlıqdan və universitetin “Fəxri doktor”u adına layiq görülməkdən məmnun olduğunu qeyd edib. Nobel mükafatçısı dünya iqtisadiyyatında, xüsusən də qlobal əmək bazarında gedən proseslərə münasibətini bildirib.
Əmək bazarının iqtisadiyyata təsirinin böyük olduğunu deyən P.Daymond qeyd edib ki, sadə modelləri tapa bilmək üçün o, 10 il vaxt sərf edib. Həmçinin, vurğulayıb ki, əvvəllər qiymətin formalaşmasının tələb-təklifdən asılı olduğu bildirilirdi, indi isə bu məsələyə tələb-təklif aspektindən yanaşmaq düzgün deyil: “Hazırkı dövrdə alıcı məhz internet vasitəsilə tələb olmasa da, məhsulu almaq üçün şirnikləndirilir. Pərakəndə bazarda qiymətin adi bazardan fərqli olmasının səbəbi alıcıların məlumatının az olmasıdır”.
Tədbirin sonunda qonaq universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb.
Xatırladaq ki, Piter A.Daymond 2010-cu ildə iqtisadiyyat üzrə “Axtarış müqavimətli bazarın təhlili” sahəsində uğurlarına görə Nobel mükafatına layiq görülüb. O, Massaçusets Texnologiya İnstitutunun sosial təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi, professordur. Piter A.Daymond, həmçinin, ABŞ Prezidenti Barak Obamanın göstərişi ilə Federal Ehtiyatlar Sisteminin İdarəetmə Şurasının üzvü təyin olunub. Ekspertlər iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatı laureatlarını makroiqtisadiyyatın klassikləri hesab edirlər.
E.MƏmmƏdova
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

