“ASAN Könüllüləri” Gənclər Təşkilatının 1-ci yay məktəbinin açılışı olub
28.08.2014 [09:50]
“ASAN Könüllüləri” Gənclər Təşkilatının 60 üzvünün iştirakı ilə 1-ci yay məktəbinin açılışı olub.
Təşkilatdan AzərTAc-a bildirilib ki, tədbirdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayeva, “YARAT” Müasir İncəsənət Məkanının eksperti, rəssam Çingiz Babayev, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək yay məktəbinin işinə uğurlar arzulayıblar.
Nəzakət İsayeva “ASAN xidmət” mərkəzləri ilə birgə həyata keçirilən sosial aksiyalar barədə məlumat verib. Bildirib ki, “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq çərçivəsində “Hər kağızı bir yarpağa dəyişək”, “Təbiəti qorumağın 10 ASAN yolu” və digər sosial məsuliyyətyönümlü layihələr həyata keçirilib.
Ekspert-rəssam Çingiz Babayev “ASAN xidmət” mərkəzlərində “YARAT” Müasir İncəsənət Məkanının rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların nümayiş etdirildiyini diqqətə çatdırıb. O, həmçinin “ASAN xidmət” mərkəzləri ilə birlikdə həyata keçirilmiş “Sağlam ol və YARAT” qaçış turniri haqqında danışıb.
Sonra yay məktəbinin iştirakçıları qruplara bölünərək komanda oyunlarına qatılıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İdeya Bankı üzrə müvəkkili Fariz Cəfərov tərəfindən layihələrin yazılışı, ideyaların layihəyə çevrilməsi və icrası prosesinə qoşulma imkanları barədə təqdimatın edilməsi nəzərdə tutulur.
İştirakçılar, həmçinin Mingəçevir su anbarı və elektrik stansiyası ilə tanış olmaq, Kür Avarçəkmə Kompleksində idmanın avarçəkmə növü üzrə öz bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.
Yay Məktəbinin 3-cü günü Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov Komissiya tərəfindən həyata keçirilən işlər barədə məlumat verəcək və gənclərin korrupsiyaya qarşı mübarizədə rolu müzakirə olunacaq.
Yay Məktəbinin keçirilməsində məqsəd iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20

