Mətbuat Şurası üzvlərinin Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşü keçirilib
19.07.2014 [11:07]
İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib. Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbiri giriş sözü ilə açan müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev öncə tədbir iştirakçılarını salamlayıb və media nümayəndələrini qarşıdan gələn peşə bayramı münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib.
Çıxışına davam edən nazir müavini son vaxtlar ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin gücləndirilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının yüksəldilməsi, həmçinin şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan söhbət açıb. O, qeyd edib ki, orduda aparılan ştat-struktur dəyişiklikləri yalnız ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi bölmələrin daha da təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.
“İstər 26 iyun - Silahlı Qüvvələr Günündə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, istərsə də sonrakı günlərdə müdafiə nazirinin iştirakı ilə müdafiənin ön xəttində keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətini bir daha nümayiş etdirdi.
Bu gün cəsarətlə demək lazımdır ki, ordumuz müasir hərbi texnika və silah-sursatla təmin olunub və bu istiqamətdə ardıcıl işlər görülməkdədir. Orduda artıq əvvəlki dövrlə müqayisədə əhəmiyyətli yeniliklər baş verib. Bu gün bir çox hərbi hissə və bölmələrdə təsərrüfat-məişət işlərinə peşəkar mülki işçilər cəlb edilir.
Biz çalışırıq ki, əsgərlərimiz ancaq döyüş vəzifələri ilə məşğul olsunlar. Şəxsi heyətin sırf döyüş hazırlığı ilə bağlı tarşırıqlara cəlb edilməsini təmin etmək üçün artıq minlərlə mülki peşəkar şəxs hərbi hissələrdə işə qəbul edilib.
Altı ayda çoxlu sayda əsgəri xidmətini başa vurmuş mülki vətəndaş öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə çağırılıb. Belə peşəkarların hərbi hissələrdə müvafiq tarşırıqları icra etmələri nəticə etibarilə xidməti zərurətlə bağlı bir çox işlərin keyfiyyətli görülməsinə zəmin yaradıb”, - deyə nazir müavini bildirib.
Hazırkı dövrdə hərbi təhsilin keyfiyyətcə daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan Müdafiə Nazirliyinin rəsmisi bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsindən bəhrələndiyini qeyd edib.
Kütləvi informasiya qurumları ilə əlaqələrin inkişaf etdirilməsini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əlaqələrin vacibliyini vurğulayıb. O, mətbuat nümayəndələrini bu sahədə əlverişli əməkdaşlıq yaratmağa səsləyib.
Görüş iştirakçılarının suallarını cavablandıran Müdafiə Nazirliyinin idarə rəisi, ədliyyə polkovniki Rauf Kişiyev son zamanlar orduda sosial ədalətin qorunması və korrursiya hallarına qarşı mübarizə işindən, həmçinin, qohumbazlıq və yerliçilik kimi neqativ hallara son qoyulması üçün görülən qətiyyətli tədbirlərdən söhbət açıb. “Təəssüf edirəm ki, bəzi media nümayəndələri dəqiq olmayan informasiyaları yaymaqla məşğuldurlar. Belə hallar bəzən qərəzli ictimai rəyin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, ordu mövzusunda dəqiq informasiyanın təmin edilməsi üçün daha əlverişli çıxış yolları axtarılıb tapılmalıdır.”
Görüşdə iştirak edən Müdafiə Nazirliyinin idarə rəisləri polkovnik Rüfət Əmirov, polkovnik Hicran Rüstəmzadə və Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı media ilə əlaqələrin qurulması məsələləri barədə fikirlərini bölüşüb və qonaqları maraqlandıran bəzi suallara aydınlıq gətiriblər.
Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlət qurumlarının rəhbər şəxsləri ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşlərinin təşkilinin vacibliyini qeyd edərək onun söz və ifadə azadlığının inkişafına, informasiyanın əldə edilməsində problemlərin aradan qaldırılmasına, media ilə dövlət qurumları arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verəcəyinə əmin olduğunu vurğulayıb.
Tanınmış media nümayəndələri Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aydın Quliyev, Rəşad Məcid, Akif Aşırlı, Elçin Mirzəbəyli, Natiq Məmmədli, Yunus Oğuz, Aynur Quliyeva, Eynulla Fətullayev, Elbrus Ərud, Seymur Səfərli və görüşdə iştirak edən digər KİV nümayəndələri çıxış edərək Milli Mətbuat Günü ərəfəsində belə bir görüşün təşkil edilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ölkənin əsas mətbuat qurumlarının nümayəndələrinə qarşıdan gələn peşə bayramı münasibətilə hədiyyələr təqdim edən müdafiə nazirinin müavini general-leytenant K.Vəliyev də öz növbəsində dəyərli görüşə görə nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonra tədbir çay süfrəsi ətrafında davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45

