“Sovetski”də 3440 ünvanda dəqiq ölçü işləri aparılıb
09.07.2014 [10:38]
Ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, respublikamızda şəhərsalma sahəsində görülən işlər Bakının inkişafına və müasirləşməsinə şərait yaradıb. Bu gün milli memarlıq ənənələrinə sadiq qalaraq müasir üslubda həyata keçirilən həmin layihələr çərçivəsində yeni parklar, xiyabanlar salınır, binalar inşa olunur.
Elə Bakının “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də məhz şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq.
Hazırda isə ərazidə inventarlaşdırma işləri uğurla davam etdirilir. Artıq həmin ərazidə evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb. Bu barədə qəzetimizə açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov bildirib. Onun sözlərinə görə, son 2 həftə ərzində müraciət edənlərin sayı əvvəlki aylarla müqayisədə xeyli artıb. Bu günə kimi 1274 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1130 əmlak sahibinin bank hesabına vəsait köçürülüb.
“Köçmək üçün müraciət edənlərin sayı sürətlə artır. Komissiyanın son iclasında 78 mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Müqayisə üçün deyim ki, Komissiyanın bundan əvvəlki iclasında 66 mənzil sahibi ilə razılaşma protokolu imzalanmışdı. Sənədlərində kiçik çatışmazlıqlarla bağlı müraciət edənlərin də sayını nəzərə alsaq, dünən Komissiya 150 nəfəri qəbul edib, gecə saat 23:00-a qədər işləyib. Çünki qarşımıza məqsəd qoymuşuq ki, müraciət edənlərin hamısını qəbul edək”.
Komissiya sədri söküntü ərazisinə düşən 3440 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, söküntü işlərinin də intensivləşdiyini bildirib. Əgər iyunun 30-da sökülən mənzil və qeyri-yaşayış sahələrinin sayı 408 idisə, bu gün onların sayı 523-ə çatıb.
Söküntü zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildiyini deyən Səməd İslamov onu da bildirib ki, söküləcək mənzil və qeyri-yaşayış sahələrinin ətrafında təhlükəsizliklə bağlı çəpərləmə işləri həyata keçirilir.
Bəzi qüvvələrin bu məsələdən sui-istifadə edərək süni narazılıq və ajiotaj yaratmaq istədiklərini bildirən Səməd İslamov onların səylərinin əbəs olduğunu qeyd edib: “Dövlətimizin məqsədi həmin ərazidə gözəl və müasir istirahət mərkəzləri, yol qovşaqları yaratmaqdır. Heç bir vətəndaşın evindən məcburi şəkildə çıxarılmasından söhbət gedə bilməz. Kim dövlətin onlara təqdim etdiyi bu şərtlərlə razıdırsa, gəlir, öz mənzilini satmağa razılıq verdiyini bildirir. Hər dəfə həmin ərazidə yaşayan insanlarla görüşümüz zamanı bildiririk ki, onları kimsə zorla buradan köçürməyəcək. O insanlar ki, öz razılıqları ilə rəsmi ərizə yazıb müraciət edirlər, biz onların ərizələrinə baxırıq və dəyərləndiririk. Bizə müraciət edənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu ərazidə yaşayan insanlar da istəyirlər ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşasınlar. Düşünürəm ki, bu ərazidə salınacaq yeni parklar uşaqların, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Yaradılacaq müasir infrastruktur, salınacaq geniş və abad yollar, yeraltı keçidlər şəhərimizin gözəlləşməsinə töhfə verəcək”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

