/ / “Bakı 2015” Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədidə “Təmiz Binəqədi” layihəsinə start verilib
“Bakı 2015” Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədidə “Təmiz Binəqədi” layihəsinə start verilib
05.07.2014 [09:52]
Ölkəmizin beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, Azərbaycanın dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynamışdır. Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifədir.
Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası xeyli artmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların sülhməramlı səfiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılır.
Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə həyəcan və coşğu da artmaqdadır. Bu istiqamətdə paytaxtın Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini cəlb etməkdən ibarətdir.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının bu günlərdə imzaladığı müvafiq sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Sərəncamdan irəli gələn vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılıb. Artıq komissiya öz işinə başlayıb və müvafiq iş planı tərtib olunub. İş planında ənənəvi stereotip və ətalətli tədbirlərdən maksimum imtina edilib, tamamilə novatorluğu və özünəməxsusluğu ilə diqqəti cəlb edən və müasir dünyada qəbul olunan metod və üsullara üstünlük verilib. Belə tədbirlər arasında “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz fərdi ev” və sairə bu tipli müsabiqələr, məişət tullantılarının çeşidlənməsi, ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olaraq yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması, gənclərin fləşmob keçirməsi kimi tədbirlər öz orijinallığı və aktuallığı ilə diqqəti cəlb edir.
Tədbirlər planına əsasən, görülən işlər barədə əhalini və təsərrüfat subyektlərini məlumatlandırmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir. Təbii ki, belə aksiyalar maarifləndirmə ilə birgə tədbirin populyarlaşmasına xidmət edəcək. Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində əsaslı rol oynayacaq.
Ümumiyyətlə, layihənin mahiyyəti ilə tanışlıq sübut edir ki, “Təmiz Binəqədi” layihəsi, sadəcə, müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir. Bu mövzuda jurnalistlər arasında yazı müsabiqəsinin təşkili, sosial çarxın hazırlanması, sakinlər arasında aylığın yekunu üzrə rəy sorğusunun keçirilməsi Avropa Oyunları zamanı səliqə-səhmanı təmin etməklə yanaşı, əldə edilmiş səviyyənin sonralar daha da genişləndirilməsinə zəmin yaradır.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

