“Azərsu” Şamaxıda Kompleks Təlim Planının icrasına başlayıb
13.06.2014 [09:18]
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Regional Təlim-İnkişaf Proqramı-1” layihəsi çərçivəsində Kompleks Təlim Planının icrasına başlanılıb. İyun ayının 10-da Şamaxı şəhərində Kompleks Təlim Proqramının açılış mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Açılış mərasimində çıxış edən Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı Asif Ağayev bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirib: “Son zamanlar regionlarda, o cümlədən, Şamaxıda həyata keçirilən içməli su və kanalizasiya layihələrinin icrasında müasir texnologiyalardan və avadanlıqlardan istifadə olunur. Bu baxımdan, kadrların bilik və bacarıqlarının yüksəldilməsi əsas şərtdir. Təlimlərin yüksək səviyyədə keçirilməsi üçün iştirakçılara lazımi şərait yaradılacaqdır”.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq, bölgələrdə genişmiqyaslı işlər görülür: “Hazırda “Azərsu” ASC-nin sifarişi ilə ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin, 350-dən artıq kənddə su layihələri həyata keçirilir. Artıq Quba şəhərində işlər başa çatıb və 10 şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilmişdir. Bu layihələrin icrası zamanı SCADA sistemləri tətbiq edilir, müasir laboratoriyalar yaradılır, müasir texnoloji avadanlıqlar quraşdırılır. Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmişdir. Belə tədbirlər rayon sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir”.
Sonra Şamaxı, İsmayıllı, Ağsu və Qobustan sukanal idarələrinin əməkdaşlarının cəlb olunduğu təlimlərə start verilib. Təlimlər “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri tərəfindən aparılır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə səfərləri də təşkil olunur. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə təlim iştirakçılarının bölgənin səfalı yerlərinə ekskursiyaları təşkil ediləcək.
“Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində 7 regionda təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin, bölgələrdə fəaliyyət göstərən digər qurumlarının 8 vəzifə və peşə istiqaməti üzrə (kommersiya qrupu rəhbərləri və mühəndisləri, su kəməri təsərrüfatında nəzarətçilər, mühasiblər, kompüter operatorları, ustalar, sahə rəisləri, təmirçi çilingərlər, kadrlar üzrə müfəttişlər) 926 işçinin cəlb olunması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

