/ / “Daily Forum” qəzetində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğluya həsr edilmiş məqalə dərc olunub
“Daily Forum” qəzetində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğluya həsr edilmiş məqalə dərc olunub
10.06.2014 [09:20]
ABŞ-ın ən iri rusdilli yəhudi qəzeti olan “Daily Forum”da beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun Azərbaycanın Xalq şairi Vaqif Səmədoğluya həsr edilmiş məqaləsi dərc olunub.
Arye Qut məqaləsində ona Azərbaycan xalqının parlaq nümayəndələrindən biri və ziyalılıq nümunəsi olan bu nəcib və nurlu insanla tanış olmağı nəsib etmiş Tanrıdan razılığını bildirir. Məqalə müəllifi böyük Azərbaycan şairi Səməd Vurğunun oğlu Vaqif müəllimin yüksək musiqi istedadına malik olduğunu vurğulayaraq yazır: “Vaqif Moskvaya getmiş, orada əfsanəvi Yakov Fliyer onun ifasını dinləmiş, bəyənmiş və öz sinfinə götürməyə hazır olduğunu bildirmişdi. Lakin gənc Vaqif musiqiçi olmağa hazırlaşmadığını, şair olmaq istədiyini söyləmişdi. Musiqi isə Vaqifin bütün həyatı boyu onunla qaldı. Şeirləri də həmişəlik qaldı. O, ilk baxışda bəlkə də əhəmiyyətsiz hesab edilən, bəzən dözülməz dərəcədə ağır, çətin bir peşə olan söz sənətini seçdi. Vaqif Səmədoğlunun yaradıcılığında dünyanın, insanın və cəmiyyətin fəlsəfi baxımdan dərki məsələləri xüsusi yer tutur. Vaqif Səmədoğlunun yaradıcılığı mövzu rəngarəngliyi, poetik təfəkkürün genişliyi və əhatəliliyi ilə seçilir”.
Müəllifin fikrincə, totalitar sovet sisteminin dağılmasından sonra Vaqif Səmədoğlunun poetik istedadı onun üç kitabında - müasir Azərbaycan ədəbiyyatında əlamətdar hadisə olmuş “Günün baxtı”, “Mən burdayam, İlahi” və “Uzaq, yaşıl ada” kitablarında tam dolğunluğu ilə üzə çıxıb.
Məqalə müəllifi daha sonra yazır: “Vaqif Səmədoğlu üçün bu gözəl və işıqlı gündə doğma Azərbaycanda, doğma Bakıda, yanında doğulub boya-başa çatdığı, uşaqlıq və gənclik illərinin keçdiyi Azərbaycan dram teatrında olmaq istərdim. Ona demək istərdim: Bu həyatda gözəllik və müdriklik varsa, onlar xalq şairinin şəxsiyyətində və yaradıcılığında özünü göstərir. Vaqif müəllim! Biz Sizi çox sevirik. Bu gün təkcə Azərbaycanda deyil, eyni zamanda İsraildə Sizin çoxlu oxucularınız və pərəstişkarlarınız, Sizi ürəkdən sevən əsl dostlarınız var. Bu insanlar Sizə dua edirlər, sevinirlər ki, Sizin kimi müdrik və sadə, incə qəlbli, sevimli, doğma Vaqif müəllimimiz var. Biz Sizə möhkəm cansağlığı diləyirik, İsraildə deyildiyi kimi, Sizin həyatda marafon qaçışınızın 120 yaşadək davam etməsini arzulayırıq”.
Müəllif məqaləsini dahi Səməd Vurğunun məşhur misraları ilə tamamlayır:
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları,
Sınamışam dostu, yarı.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20

