Din xadimlərinin təkmilləşdirmə kurslarının ilk müdavimlərinə sertifikatlar təqdim olunub
07.06.2014 [11:01]
Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının ilk mərhələsi başa çatıb.
AzərTAc xəbər verir ki, iyunun 6-da qiymətləndirmə prosesindən sonra kursun ilk müdavimlərinin buraxılışı olub.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə kursların dini maarifləndirmə işinin təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, dövlətin din xadimlərinə diqqət və qayğısından danışıb və müdavimlərə tövsiyələrini verib. Bildirilib ki, təkmilləşdirilmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir ay ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini biliklərlə yanaşı, ictimai və dünyəvi biliklərini də artırmaq imkanı əldə ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövlətinin qayğısı və QMİ-nin təşkilatçılığı ilə yaradılmış təkmilləşdirmə kurslarına cəlb olunan din xadimlərinin bütün xərcləri QMİ tərəfindən ödənilib. Təkmilləşdirmə kursları bundan sonra da davam edəcək.
Allahşükür Paşazadə bildirib ki, din xadimləri daim öyrənməli, ölkənin inkişafında yaxından iştirak etməlidirlər. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dini məsələləri və tolerantlığı həmişə diqqət mərkəzində saxlayıb. Ölkəmizdə din-dövlət münasibətlərinin təməli də məhz Ümummilli lider tərəfindən qoyulub. Bu gün həmin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu vurğulayıb, bu sahədə maarifləndirmə işlərinin mütəmadi aparılmasının zəruriliyini, təkmilləşdirmə kurslarının əhəmiyyətini qeyd edib.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək din xadimlərinə uğurlar arzulayıb, təkmilləşdirmə kurslarının onların fəaliyyətinə töhfə verəcəyinə əminliyini bildirib.
Daha sonra din xadimlərinə kursu bitirmələrinə dair müvafiq sertifikat və QMİ tərəfindən hazırlanmış geyim dəstləri təqdim edilib. Müdavimlər onlara yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, təkmilləşdirmə kurslarında din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, Azərbaycan tarixi və mədəniyyəti, dini maarifləndirmədə KİV-in rolu və digər mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran), Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimləri mühazirələr oxuyublar.
Bundan əlavə, kurslara cəlb olunmuş din xadimləri tədris müddəti ərzində Mirmöhsün ağa ziyarətgahını və Bibiheybət məscidini ziyarət edib, Şəhidlər xiyabanında, Heydər Əliyev Mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində və digər məkanlarda olublar.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16

