Fiziklər ilk dəfə işlək nüvə saatı yaradıblar
18.06.2026 [16:29]
Avropa və Çindən olan fiziklər bir-birlərindən asılı olmayaraq dünyada ilk işlək nüvə saatlarını yaradıblar. Bu qurğular zamanı elektronların deyil, atom nüvəsinin rəqslərinə əsasən ölçür. Yeni işləmə prinsipi müasir atom saatlarından daha dəqiq saatların hazırlanmasına yol aça, həmçinin qaranlıq maddənin axtarışı və fizikanın fundamental qanunlarının yoxlanılması üçün yeni imkanlar yarada bilər.
AZƏRTAC xəbər verir ki, tədqiqatın ilkin nəticələri “arXiv” portalında dərc olunub.
Hazırda vaxtın ölçülməsi üçün ən dəqiq qurğular atom saatları hesab olunur. Onlar atom daxilində elektronların müxtəlif enerji səviyyələri arasında keçidlərinə əsasən işləyir. Bu cihazlar o qədər dəqiqdir ki, milyardlarla il ərzində cəmi bir saniyədən az xəta verə bilirlər.
Lakin alimlər çoxdan hesab edirdilər ki, daha sabit zaman etalonu atom nüvələri ola bilər. Atomun xarici qatlarında yerləşən və ətraf mühitin təsirinə məruz qalan elektronlardan fərqli olaraq, nüvə xarici təsirlərdən daha etibarlı qorunur. Bu da onu yüksək dəqiqlikli saatlar üçün potensial olaraq ideal “rəqqas”a çevirir.
Problem ondadır ki, nüvədaxili keçidlərin əksəriyyəti çox yüksək enerji tələb edir və müasir lazerlərin imkanları xaricindədir. Yeganə istisna torium-229 izotopu olub. Hələ 2003-cü ildə fiziklər onun unikal xüsusiyyətlərinin ilk nüvə saatlarının yaradılmasına imkan verə biləcəyini irəli sürmüşdülər.
2024-cü ildə alimlər torium-229 nüvəsində tələb olunan keçidi həyata keçirməyə və onun “tıqqıltısını” qeydə almağa nail olublar. İndi isə iki müstəqil tədqiqat qrupu növbəti addımı ataraq bu effekti tam bir vaxt ölçmə cihazına çevirib.
Hər iki komanda tədqiqat zamanı tərkibinə torium-229 nüvələri daxil edilmiş kalsium-flüorid kristallarından istifadə edib. Onların idarə olunması üçün vakuum ultrabənövşəyi lazer şüalanması tətbiq olunub.
Hazırda yeni qurğular dəqiqlik baxımından hələ ki, ən yaxşı atom saatlarını geridə qoymur. Bununla belə, alimlər qeyd edirlər ki, atom saatları təxminən 70 ildir inkişaf etdirilir, nüvə saatlarının tarixi isə yenicə başlayır. Tədqiqatçıların fikrincə, bu texnologiya artıq işlək olduğunu sübut edib və yaxın illərdə sürətlə inkişaf edə bilər.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

