Şuşanın işğalından 22 il ötür...
08.05.2014 [09:28]
Azərbaycanın mədəniyyət mərkəzlərindən sayılan Şuşa şəhərinin ermənilər tərəfindən dağıdılması ilə milli-mənəvi irsimizə böyük ziyan vurulub
Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötür. Belə ki, ermənilərin bir neçə gün davam edən hücumlarından sonra 1992-ci il mayın 8-də Şuşa işğal edilib. 289 kv/km ərazisi olan Şuşanın işğalı zamanı 480 nəfər günahsız insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb. Ermənilər Şuşada 279 mədəni, tarixi və dini abidəni, 2 sanatoriyanı, 70 yerlik turist bazasını, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıb, talan edib, erməniləşdiriblər. Şuşa Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, məşhur Gövhar Ağa və daha bir neçə məscid hazırda işğal altındadır.
Ümumiyyətlə, əsrlərdən bəri davam edən erməni təcavüzünün ilk qurbanlarından biri məhz Şuşa şəhəri olub. 1905-1906-cı illərdə Cənubi Qafqazda ermənilərin növbəti soyqırımı siyasətinə başladığı dövrdə ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində baş vermişdi. Əsrin sonlarında növbəti təcavüz isə Şuşanın işğalını gerçəkləşdirdi...
Şuşa şəhəri Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra mədəniyyət mərkəzi kimi təşəkkül tapmağa başladı. Ümummilli lider Heydər Əliyevin 1969-82-ci illərdə xüsusi diqqət və qayğısı nəticəsində Şuşa qısa zamanda kurort şəhərinə çevrildi. Şuşanı qoruq şəhəri elan edən Ulu öndər Heydər Əliyev tarixi abidələri bərpa etdirdi, Molla Pənah Vaqifin məqbərəsinin açılışı gerçəkləşdirildi.
Həmin illərdə Şuşada ümumittifaq əhəmiyyətli sanatoriya və turist bazası istifadəyə verilib. Şirlan kəndindən şəhərə mineral Turşsu xətti çəkilib. Səhiyyə, təhsil, sənaye obyektləri istifadəyə verilib.
Əsrin sonunda baş verən növbəti təcavüz bu inkişafı birdəfəlik dayandırıb və Şuşa süqut edib. Bu süqut böyük məbləğdə maddi vəsait və mənəvi ziyanla müşayiət olunub. 37 kənd, 1 qəsəbə və 1 şəhər-bütövlükdə Şuşa rayonu işğal olunub. 6800 yaşayış evi dağıdılıb. Nəticədə 28 min nəfərədək rayon əhalisi qaçqın düşüb. Onlar hazırda ölkəmizin 50 rayon və şəhərində, 200 yaşayış məntəqəsində məskunlaşıb. Dəymiş ziyanın dəyəri isə hər hansı rəqəmlə ölçülə bilməz. Ermənilər Şuşada elə abidələri məhv ediblər ki, onun nəinki mənəvi dəyərini, hətta maddi dəyərini hesablamaq çətindir.
Qeyd edək ki, 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı isə ermənilər tərəfindən kəsilib.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında Sərəncam imzaladı. Bu Sərəncam erməni təcavüzü haqqında həqiqətlərin aşkar edilməsi və dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bu, həm də ona dəlalət edir ki, Azərbaycan öz prinsipial, qətiyyətli mövqeyindən heç bir halda geri çəkilməyəcək və işğal altında olan ərazilərin azad edilməsi üçün bütün vasitə və resurslardan istifadə edəcək. Ermənistanın işğalçı siyasətini davam etdirməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi praqmatik xarici siyasət kursu sayəsində işğal altındakı ərazilərimiz azad ediləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

