Mətbuat Şurası qəzet yayımı ilə bağlı toplantı keçirib
11.04.2014 [09:10]
Dünən Mətbuat Şurasının (MŞ) qəzet yayımındakı vəziyyəti araşdıran komissiyasının təşkilatçılığı ilə mövcud sahədəki durumla bağlı “dəyirmi masa” keçirilib. Kütləvi informasiya vasitələrinin baş redaktorlarının və Bakı şəhərindəki yeni köşklərdə yayım işini reallaşdıran “Əks-səda” firması rəhbərliyinin qatıldığı toplantıda MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun qəzet yayımı sahəsindəki vəziyyəti hər zaman diqqət mərkəzində saxladığını vurğulayıb. Bu məqsədlə MŞ-nin vaxtilə işçi qrupu formalaşdırdığını diqqətə çatdıran Şura sədri ötən ildən başlayaraq mövcud fəaliyyətin ayrıca komissiyanın xəttilə nəzarətdə saxlanıldığını bildirib. Şuranın komissiyası məsələ ilə əlaqədar müxtəlif dövlət qurumları ilə danışıqlar aparıb. Söhbətlərdə yeni köşklərin qoyulmasından tutmuş səyyar satış məsələlərinə də diqqət yetirilib. “Məlum olduğu kimi, bir müddət öncə səyyar satış tamamilə dayandırılmışdı. Lakin apardığımız müzakirələrdən sonra şəhərin tam mərkəz hissəsi istisna olmaqla digər yerlərdə bu iş qaydasına qoyulub. Təbii ki, məsələnin tam hüquqi mexanizminin formalaşması daha müsbət addım olardı. Ümumən Mətbuat Şurası mövcud istiqamətdəki təkliflərini ölkə rəhbərliyinə təqdim edib və bununla əlaqədar müzakirələr də davamlı xarakter daşıyır”, - deyən MŞ sədri toplantıda “Əks-səda” firmasında qəzet yayımı ilə bağlı şərtlərin diqqətə çatdırılacağını vurğulayıb.
Şuranın qəzet yayımını araşdıran komissiyasının rəhbəri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə komissiyanın gördüyü işlər barədə məlumat verib. O bildirib ki, ötən il noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə görüşündən sonra qəzet yayımı sahəsində vəziyyətdə kifayət qədər irəliləyişlər var: “Əlbəttə, bu, ilk növbədə, sahəyə sistemli yanaşma nəticəsində mümkün olmuşdur. MŞ 7 nəfərdən ibarət komissiyasını yaratdı. Komissiya yerlərdə monitorinqlər keçirdi. Müəyyənləşdirdik ki, yeni köşklərin qoyulmasına ehtiyac var. Köşklərin dislokasiya vəziyyəti ürəkaçan deyil. Əhali sıxlığı baxımdan elə yerlər var ki, orada yeni köşklərin qoyulmasına ehtiyac var”, - deyən V.Rəhimzadə, həmçinin, “Qasid” Mətbuat Yayımı Firmasının redaksiyalara borcuna da toxunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli qəzetlərin təmiz satışından müvafiq faiz tutulmasının vacibliyini bildirib. Mövcud istiqamətdəki tövsiyələrini “Əks-səda” firması rəhbərliyi ilə danışıqlarda diqqətə çatdırdığını deyən V.Səfərli, eyni zamanda, sözügedən qurumun redaksiyalara satışla bağlı təqdim etməli olduğu arayışlarının məzmunu məsələsinə də toxunub.
Paytaxtdakı yeni köşklərdə qəzet yayımını həyata keçirən “Əks-səda” firmasının rəhbəri Vüqar Həsənli qurumun Bakı şəhərində 150 köşkünün olduğunu bildirib. O, daha 60 yeni köşkün də yaxın zamanlarda fəaliyyətə başlayacağını diqqətə çatdırıb. Köşklərdə satış işinin təşkilinə gəlincə, V.Həsənli MŞ rəhbərliyinin tövsiyəsinin nəzərə alındığını vurğulayıb. O, rəhbərlik etdiyi firmanın bir çox aparıcı qəzetlərin redaksiyaları ilə müqavilələr bağladığı barədə məlumat verib. Bildirib ki, “Əks-səda” hər qəzetin bir nüsxəsi üçün satışdan gələn gəlirin maksimum 30 faizini tutacaq. Digər çıxışçılar da müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildiriblər.
Digər çıxışçılar da müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildiriblər.
Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə qəzetlərin satışından gələn gəlirin tutulmasında maksimum 30 faiz həddinin müəyyənləşdirilməsi məqbul qiymətləndirilib. Qərara alınıb ki, Şuranın komissiyası gələcəkdə digər satış firmalarının da bu şərtlərlə fəaliyyət göstərmələri üçün müvafiq danışıqları davam etdirsin. Qurum ümumən satış işində səmərəliliyi artırmaq məqsədilə mümkün variantların axtarılıb tapılması istiqamətində fəaliyyətini gücləndirsin.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

