“Sovetski” adlanan ərazidə invertarlaşma işləri davam edir
08.04.2014 [09:25]
Dövlət bu ərazidə yaşayan hər bir kəsə qayğı ilə yanaşır
Ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, həmçinin, şəhərsalma sahəsində görülən işlər paytaxt Bakının və ümumilikdə Azərbaycanın gözəlliyinə ayrı bir gözəllik qatmaqdadır. Bu gün milli memarlıq ənənələrinə sadiq qalınaraq müasir üslubda həyata keçirilən həmin layihələr çərçivəsində yeni parklar, xiyabanlar salınır, binalar inşa olunur. İnşa olunan binalar, salınan park və xiyabanlar, çəkilən yollar heç şübhəsiz ki, əhalinin rifah halının yaxşılaşdırmağa xidmət edir.
Paytaxtımız gözəlləşdikcə və müasirləşdikcə ölkəmizə gələn qonaqlar bu inkişafı gözləri ilə görür, hər dəfə Bakıya gələndə şəhərimizdə böyük yeniləşmənin, müasirləşmənin şahidi olurlar.
Elə Bakının “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də məhz şəhərimizin müasir görkəminə əlavə gözəllik qatmağa hesablanıb. Artıq bununla bağlı müəyyən layihələr, fikir və təkliflər mövcuddur. Məsələn, dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Onun sözlərinə görə, təklif etdiyi park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkündür. Bu, şəhərin səs-küyündən, necə deyərlər, qaçıb gizlənməyə imkan verən əsl təbii parkdır və bu məkan daha çox Nyu-York Mərkəzi Parkına bənzəyir.
Yeri gəlmişkən, hazırda burda diqqət çəkən əsas məsələ bu ərazidə olan insanların köçürülməsi prosesidir. Qeyd etmək yerinə düşər ki, bu yaxınlarda sakinlərlə görüş keçirən Baş nazirin müavini Abid Şərifov ərazidə inventarlaşmanın davam etdiyini, bunun isə yalnız köçmək istəyən sakinlərin evlərinə və obyektlərinə şamil edildiyini bildirib: “Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər”.
Bundan başqa, A.Şərifov inventarizasiyanın aparılmasının səbəblərini də açıqlayıb: “Biz bilmirik ki, orada nə qədər ailə yaşayır, ümumi sahə nə qədərdir? Nəzərə alınsa ki, mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək, köçürülməyəcəklərsə, yol da tikiləsi olmayacaq. İnventarlaşma 1-2 ay çəkəcək, inventarlaşma başa çatandan, Baş Plan hazırlanandan sonra baxacağıq ki, neçə ev sökülməli, neçə ev qalmalıdır?”
Baş nazirin müavini onu da əlavə edib ki, “Sovetski” məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin isə pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olur və hazırda yeni müraciətlərə baxılmağa başlanılıb. A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarlaşma prosesi başa çatandan sonra baxılacağını qeyd edib.
Bir sözlə, “Sovetski” adlanan ərazidə görülən işlər həm paytaxtımızın daha da müasirləşməsinə, həm də orada yaşayan əhalinin daha rahat mənzillərlə təmin olunmasına xidmət edəcək.
Oktay
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

