Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir
03.04.2014 [09:39]
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon İcra Hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bu tədbirin həyata keçirilməsi dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova AzərTAc-a bildirib ki, sakinlərin dispanterizasiyası 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. İndiyədək Suraxanı rayonunda 90 minə yaxın vətəndaş tibbi müayinədən keçib. Onlardan 2335 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 182 nəfər stasionar müalicəyə cəlb olunub.
15 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi Arif Məmmədov deyib ki, rəhbərlik etdiyi müəssisə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqranı”nın icrasına uyğun olaraq əsaslı təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib. O bildirib ki, xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirlər. Bu günədək 13650 nəfər tibbi müayinədən keçib. Onlardan 979 nəfəri rentgen, 2254 nəfəri laboratoriya müayinəsindən, 479 nəfəri USM aparatından və 377 nəfəri isə EKQ müayinəsindən keçib. Müayinədən keçənlərin 159 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 39 nəfəri isə stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür: “Eyni zamanda, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir”.
Xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Qaraçuxur qəsəbəsinin sakini Əliağa Hüseynov vurğulayıb ki, bu aksiya ölkə başçısı İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha sübut edir. Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Qəsəbə sakini Cəmilə Həsənova deyib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.
Xəbər lenti
Hamısına baxSiyasət
27 İyul 13:36
Siyasət
27 İyul 13:36
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41

