/ / Ceyhun Məmmədov: Sosial şəbəkələrdə Azərbaycan dilindən düzgün istifadə olunmasına diqqət artırılmalıdır
Ceyhun Məmmədov: Sosial şəbəkələrdə Azərbaycan dilindən düzgün istifadə olunmasına diqqət artırılmalıdır
11.08.2026 [12:20]
Ana dilinin saflığının qorunması, gənc nəslin Azərbaycan dilində düzgün və səlis danışması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir dövrdə qloballaşma və rəqəmsal mühitin təsirləri bu məsələnin əhəmiyyətini daha da artırır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, ana dilinin qorunması milli kimliyin və milli yaddaşın mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti tərəfindən ana dilinin saflığının qorunması ilə bağlı səsləndirilən mühüm mesajlar bu gün cəmiyyətdə geniş müzakirə olunur.
“Dil həm də bizim yaddaşımızdır, milli kimliyimizdir. Azərbaycan xalqı bu dili qorumaq üçün çox çətin dövrlərdən və mərhələlərdən keçib. Bu baxımdan gənc nəslin düzgün tərbiyəsi, ana dilində səlis danışması və dilimizin saflığının qorunması bu gün hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir”, – deyə deputat vurğulayıb.
Müsahibimiz diqqətə çatdırıb ki, xüsusilə gənclərə milli-mənəvi dəyərlərin, ana dilinə sevgi və hörmət hissinin aşılanması vacibdir. Gənclər bizim gələcəyimizdir və onlar bu dəyərləri gələcək nəsillərə ötürməlidirlər. Dünyada minlərlə xalqın mövcud olmasına baxmayaraq, onların yalnız bir hissəsinin müstəqil dövləti var. Azərbaycan xalqının ən böyük üstünlüklərindən biri müstəqil dövlətə və zəngin dövlətçilik ənənələri ilə yanaşı, öz ana dilinə sahib olmasıdır.
“Bu gün biz çox xoşbəxtik ki, müstəqil dövlətimiz var və eyni zamanda, öz dilimiz var. Dilimizin qorunması yalnız dilçilik məsələsi deyil, eyni zamanda, milli təhlükəsizlik, milli kimlik və gələcək nəsillərin tərbiyəsi məsələsidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı ana dilinin qorunmasına öz töhfəsini verməlidir”, – deyə C.Məmmədov bildirib. Qloballaşma və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə ana dilinin saflığının qorunması daha da aktual məsələyə çevrilib.
Deputatın sözlərinə görə, xüsusilə sosial şəbəkələrdə və rəqəmsal platformalarda Azərbaycan dilindən düzgün istifadə olunmasına diqqət artırılmalıdır. Bu gün dilin gələcək inkişafı və qorunması baxımından ailənin, məktəbin, ali təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlar və gənclər ana dilində düzgün və səlis danışmağa, yazmağa və Azərbaycan dilinin zənginliyindən düzgün istifadə etməyə təşviq olunmalıdırlar.
“Biz bu gün dilimizi necə qoruyuruqsa, gələcək nəsillər də bizdən bunu öyrənəcək. Buna görə də ana dilinə münasibət hər bir ailədən, hər bir məktəbdən və hər bir vətəndaşdan başlamalıdır. Dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə sağlam şəkildə ötürmək hamımızın mənəvi borcudur”.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

