Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir
08.02.2014 [15:45]
Dünən Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü idi
Xalqımızın keçmişi də, bu günü də qəhrəmanlıq nümunələri ilə zəngindir. Oxuduqca, araşdırdıqca insan bu millətin övladlarının əzminə, Vətən yanğısına heyran qalır. Azərbaycan övladı Vətənini müdafiə etmək üçün can atır, heç nədən qorxmadan, igidliklə Bayrağını köksünə sıxır, qanı torpağa axsa da, onu yerə düşməyə qoymur. Bu igidlərdən biri də Mübariz İbrahimov idi. Yaşasaydı, dünən 26 yaşı tamam olacaqdı.
Mübariz İbrahimov 7 Fevral 1988 - ci il tarixində Biləsuvarda doğulub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2005-ci ildə orada orta təhsilini başa vurub. Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2007-ci ildə tərxis olduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqustunda isə bu dəfə gizir kimi Vətənə xidmətə yola düşüb.
Heç şübhəsiz ki, hər bir gənc kimi onun da arzuları, xəyalları var idi. Ailə qurmaq, ev - eşik sahibi olmaq, dinclik içində yaşamaq, azad olunmuş torpaqlarda, üçrəngli bayrağının kölgəsində yaşlanmaq bunlardan bəlkə də bir neçəsi idi. Amma onun üçün Vətən eşqi bütün arzulardan daha şirin idi! Bütün digər arzuların reallaşmasından daha vacib idi, işğal altında olan Vətən torpağını işğaldan azad etmək. Mübariz belə düşünürdü. Həm özü, həm də milləti üçün istəyirdi bunu!
Tarix boyunca saysız - hesabsız qəhrəmanlar yetişdirən ulu millətin övladı olan Mübariz İbrahimovun ulu babası Kürşad necə 40 əsgəri ilə qoca Çin sarayına basqın edib bir dastan yazmışdısa, eləcə o, təkbaşına Ermənistan sərhəddini erməni silahlı qüvvələri üçün cəhənnəmə çevirmişdi. O, heç şübhəsiz XX əsrin Kürşadıdır.
Mübariz İbrahimov 18 iyun 2010 - cu il tarixində saat 23.30 radələrində özündən sonra “Vətən sağ olsun!” yazılmış bir məktub qoyub təkbaşına iki ordu arasındakı 1 kilometrlik mina döşənmiş cəbhə xəttini keçərək düşmən birliklərinin yerləşdiyi tərəfə keçdi. Təkbaşına saatlarla döyüşdü erməni əsgərləri ilə. Daha sonra erməni əsgərlərinin öz silahlarından istifadə edərək 5 saat boyunca onlarla təkbətək döyüşdü. Səhər saatlarında isə qeyri - bərabər döyüşdə şəhid oldu.
Mübariz bu qeyri - bərabər döyüşdə böyük şücaət göstərdiyinə görə ermənilər onun cənazəsini belə vermək istəmirdilər. Şəhid olduğu yerdə cəsədinin əllərini bağlayacaq qədər düşmənini qorxuya salmışdı qəhrəman Mübariz.
Mübarizin şücaəti haqqında eşidən hər kəs axın-axın şəhidin evinə, ailəsinə baş çəkməyə gedirdi. Onların evi mübarək bir məkana çevrilmişdi. Gənclər burda Vətənə sədaqət andı içir, bir an belə olsun Vətən torpaqlarının azadlığı üçün mübarizədən geri durmayacaqlarını ifadə edirdilər.
Azərbaycan dövləti də öz qəhrəmanına, şəhidinə sahib çıxdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Milli Qəhrəmanımızın cəsədi erməni tərəfindən təhvil alındı. Qəhrəmanla vida mərasimində Ali Baş Komandan deyib: “Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar”.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Dövlətimizin başçısının digər Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

