Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

28.09.2026 [10:39]

İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 27-də gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.

Məlumata görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə BƏƏ-yə gedib, gün ərzində orada qaldıqdan sonra İsrailə qayıdıb.

Məlumata əsasən, səfərin məqsədi BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla təkbətək görüş olub. Görüşün mövzusu açıqlanmayıb. Netanyahunun ofisi xəbərə münasibət bildirməyib.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30