Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

27.09.2026 [19:21]

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus “Remus 600” tipli pilotsuz sualtı aparatının saxlanıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, pilotsuz sualtı aparat Hörmüz boğazında kəşfiyyat missiyası həyata keçirib. Bildirilib ki, əməliyyat zamanı elektron müharibə və kəşfiyyat imkanlarından istifadə olunub.

Məlumata əsasən, hazırda iranlı mütəxəssislər sualtı qayığın yaddaşında saxlanılan məlumatların bərpası üzərində işləyirlər.

Xatırladaq ki, sentyabrın 8-də SEPAH daha bir pilotsuz sualtı aparatın nəzarətə götürüldüyünü açıqlamışdı. Bundan sonra ABŞ ordusu dəniz pilotsuz aparatlarından birində nasazlıq yarandığını bildirmiş, lakin onun İran tərəfindən ələ keçirilib-keçirilmədiyini açıqlamamışdı.

Hörmüz boğazında vəziyyət ABŞ, İsrail və İran arasında fevralın 28-də başlayan müharibədən sonra gərgin olaraq qalır. İran boğazdan keçən gəmilərlə bağlı məhdudiyyətlər tətbiq edir. ABŞ isə İran limanlarına qarşı əks blokada tətbiq edib.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30