Cenevrədə Azərbaycanın rəqəmsal mühitdə insan hüquqlarının müdafiəsi təcrübəsi təqdim olunub
02.04.2026 [16:35]
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) illik konfransı çərçivəsində “Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilmiş tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, alyansa üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən Səbinə Əliyeva ölkəmizdə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
O, Azərbaycanın Ombudsman təsisatının rəqəmsal məkanda insan hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verdiyini bildirib, 2025-ci il üzrə illik məruzəsində insan hüquqlarının rəqəmsal mühitdə daha səmərəli müdafiəsinin təmini məqsədilə bir sıra mühüm təkliflərin irəli sürüldüyünü qeyd edib.
x x x
Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Cenevrədə keçirilən illik iclası çərçivəsində S.Əliyevanın təşəbbüsü ilə “Rəqəmsal dövrdə uşaq hüquqlarının müdafiəsi: Azərbaycan Milli İnsan Hüquqları Təsisatının praktik yanaşmaları” mövzusunda tədbir təşkil olunub.
Türkiyə, Özbəkistan, Qırğızıstan, Bosniya və Herseqovina, Filippin, Tailand, İtaliya, Gürcüstan, Pakistan, Slovakiya, Maldiv və digər ölkələrin milli insan hüquqları təsisatlarının və Cenevrədəki diplomatik nümayəndəliklərin də iştirak etdiyi tədbirdə çıxışı zamanı ombudsman S.Əliyeva fəaliyyətində uşaq hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən biri olduğunu, son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə xüsusi diqqət yetirildiyini bildirib.
Müvəkkil monitorinq fəaliyyəti çərçivəsində ölkədə uşaq hüquqlarının təmini vəziyyətinin qiymətləndirildiyini, mövcud problemlərin, o cümlədən rəqəmsal mühitlə bağlı çətinliklərin araşdırıldığını və müvafiq qurumlara tövsiyələrin verildiyini diqqətə çatdırıb.
Səbinə Əliyeva Azərbaycanın müxtəlif bölgələrində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq çərçivəsində uşaqlar üçün internetdən təhlükəsiz istifadə və rəqəmsal mühitdə mövcud risklərlə bağlı bir sıra maarifləndirici tədbirlərin təşkil edildiyini bildirib. O, həmçinin uşaq hüquqları sahəsində beynəlxalq təşkilatlar və digər ölkələrin milli insan hüquqları təsisatları ilə fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Avropa Uşaq Ombudsmanları Şəbəkəsi çərçivəsində müntəzəm təcrübə mübadiləsinin aparıldığını qeyd edib.
Sonra Bosniya və Herseqovinanın ombudsmanı Jasminka Dzhumhur çıxış edərək Azərbaycan müzakirə olunan mövzunun aktuallığı, bu sahədə mövcud beynəlxalq təcrübə və təmsil etdiyi ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) baş katibi Debbi Kohner və Slovakiya ombudsmanı Robert Dobrovodski çıxış edərək rəqəmsal mühitdə uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətlərdə milli insan hüquqları institutlarının rolu və tətbiq olunan praktiki yanaşmalar barədə iştirakçıları məlumatlandırıblar.
Tədbir zamanı Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdir müavini Nuriyyə Məmmədova “Rəqəmsal mühitdə uşaq hüquqlarının qorunmasında Azərbaycan təcrübəsi və praktik yanaşmalar” mövzusunda təqdimatla çıxış edib, müvafiq sahədə Azərbaycan ombudsmanının əldə etdiyi müsbət təcrübələr barədə məlumat verib.
Tədbirdə, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx nümayiş etdirilib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

