Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib

10.03.2026 [17:20]

Regionda yaranmış mövcud vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının İran İslam Respublikası ərazisindən təxliyəsi prosesi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə tədbirlərinin növbəti mərhələsində 3 Hindistan vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Sərhəd-keçid məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçən xarici vətəndaşlar təhlükəsizlik qaydalarına tam uyğun şəkildə ölkə ərazisinə qəbul ediliblər.

Paylaş:
Baxılıb: 390 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30