Xəyanətin dosyesi: dövlətə qarşı çirkin plan
14.02.2026 [08:10]
Ramiz Mehdiyevin və xain şəbəkənin cinayət əməlləri ifşa edilir
35 illik müstəqillik tarixinə malik olan Azərbaycan arxada qoyduğumuz ən yeni tarixdə böyük uğurlara imza atıb. Bizim qələbəmiz yalnız suverenliyimizin və ərazi bütövlüyümüzün təmini ilə məhdudlaşmayıb - son 23 ildə Azərbaycan qlobal dünyanın olduqca vacib bir hissəsinə çevrilməyi bacarıb. Müasir inkişaf yoluna qədəm qoymuş, demokratik sütunlarını daha da möhkəmləndirmiş, insan hüquq və azadlıqlarını ən yüksək səviyyədə təmin etmiş, xalqın rifah halının yüksəldilməsini ən vacib prioritetinə çevirmiş, nəhayət, özünün milli təhlükəsizliyini, müstəqil siyasi kursunu və milli maraqlarını ən ali səviyyədə qoruyan bir dövlətə çevrilmiş Azərbaycan beynəlxalq aləm üçün dövlətçilik inkişafının nümunəsi kimi ön plana çıxıb. Qısa zaman kəsiyində bütün bunlara nail olmaq olduqca böyük bir qələbədir - bəlkə də, son 100 ildə buna nail olan tək-tək dövlət ola bilərdi.
Təbii ki, bütün bu uğurlar, bu irəliləyişlər dövlətimizə qarşı çirkin planlar quran, milli və müstəqil siyasətimizdən narahatlıq keçirən, Qarabağın azad olunmasına hədəflənən siyasəti qəbul edə bilməyən xarici mərkəzləri, dövlətləri narahat etməyə bilməzdi - bununla bağlı dəfələrlə hətta açıq təzyiqlər səsləndirilir, Azərbaycana qarşı təhdidlər edilirdi. Həmin mərkəzlər və dövlətlər Azərbaycandakı əlaltılarını prosesə təsir etmək üçün təlimatlandırırdı. Amma biz bütün təzyiqlərə və təhdidilərə layiqli cavab veririk - bizim ilə hədə dilində danışmağın mümkünsüzlüyünü əməlimizlə sübuta yetiririk. Dövlətimizə qarşı yönələn ən kiçik təhlükənin belə zərərsizləşdirilməsi üçün səfərbər oluruq. Necə ki, son Ramiz Mehdiyev xəyanəti ilə bağlı məsələdə olduğu kimi...
Xəyanətkar sövdələşmə - Mehdiyev. Abbasov, Kərimli triosu...
Ramiz Mehdiyevin və başçılıq etdiyi dəstənin cinayətkar əməlləri ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, onlar hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi fəaliyyəti kimi bir xəyanətin içində olublar. Başqa sözlə, Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin daxil olduğu şəbəkə xarici xüsusi xidmət orqanlarının diqtəsinə uyğun olaraq Azərbaycanda dövlət çevrilişi həyata keçirmək planını gerçəkləşdirmək istəyib. Söhbət 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyrilərinin dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşməsindən gedir.
Mənzərə tam aydındır - xarici ölkələrin müti qulluqçusuna çevrilməyi özünün ən vacib vəzifəsi bilənlər ilə pul xatirinə, mənsəb və vəzifə xatirinə dövlətini və xalqını satmağa hazır olanların “işbirliyi”, sövdələşməsi... Bu cinayət olmaqla yanaşı, həm də “ləyaqət” məsələsi idi...
Niyə məhz 2013-cü il? - Milli şuranın məktubunun şifrəsi...
Bu çirkin planlar Azərbaycanın ən yeni tarixdə artıq dünyaya tam açıldığı bir dövrdə gücləndi - ölkəmiz 2011-ci ildə BMT Təhşlükəsizlik Şurasına 2 illik üzv seçilmişdi. Qarabağın erməni işğalından azad edilməsi yolunda mühüm bir müvəffəqiyyət əldə olunmuşdu. Məhz belə bir dövrdə, 2013-cü ildə, prezident seçikləri ərəfəsində yaradılmış “Milli şura” adlı təşkilatın xain planların nəticəsi kimi meydana çıxması da təsadüfi deyildi. Hələ o dövrdə, şuranın rəhbərliyinin xarici ölkə prezidentinə yazdığı məktub göstərirdi ki, təşkilatın fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə qarşıdır. Onlar bu məktubda “şura”nın fəaliyyətinin dəstəklənməsini xahiş edərək, həmin ölkədə aparılan “islahatlar”ın Azərbaycanda da həyata keçirilməsi üçün Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif ediblər. Başqa sözlə, Azərbaycanın müstəqilliyinin ləğv edilməsi üçün sanki bir təklif irəli sürüblər.
Proseslərin təhlili göstərir ki, Ramiz Mehdiyev sonradan bu təşkilatın fəaliyyətini bütünlüklə əlaltısı Əli Kərimlinin “kurasiyasına” verib. Məhz Ramiz Mehdiyevin göstərişi və Əli Kərimlinin icrası ilə Azərbaycanın dövlət müstəqilliyi, ərazi büyövlü və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, Azərbaycanın dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə edib. Maraqlıdır ki, Ramiz Mehdiyev əlində saxladığı bu dəstəni “lazımi anlarda”, Azərbaycanın həyati qərarlar verdiyi dövrlərdə, ən mühüm qərarların qəbul edildiyi anda aktivləşdirir, onların “küçə mübarizəsi” adı altında təzyiq kampaniyalar keçirməsini tələb edirdi. “Milli şura”nın, dolayısı ilə Əli Kərimlinin maliyyələşməsinin də qeydinə qalınıb - AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul edilən 933.828,40 manat məbləğində pul vəsaiti, o cümlədən Ramiz Mehdiyevdən və Abbas Abbasovdan əldə edilən maddi vəsaitlər xəyanətkar əməllərin törədilməsinə yönəldilib. Məbləğdən də görünür ki, şəbəkə açıq şəkildə dövlətə qarşı qurulan çirkin planlarının mühüm bir hissəsi kimi çıxıb edib.
Milli hisslərdən sui-istifadə - xalq və dövlət Qarabağ, xəyanətkar dəstə isə çirkin plan arzusunda idi...
Bu cinayətkar şəbəkə hətta ən ülvi milli dəyərlərimizi belə özlərinin xəyanətkar planının tərkib hissəsinə çevirməkdən çəkinməyib. 2020-ci ilin yayında, Azərbaycan vacib bir çağırışın ərəfəsində idi - Tovuzda ağır döyüşlər gedirdi, ermənilər yenidən işğal arzularını dilə gətirirdilər, Ermənistanı dəstəkləyən dövlətlər aktiv şəkildə İrəvanı silahlandırırdılar. Belə ağır gündə dövlət və xalq yumruq kimi birləşərək Azərbaycana qarşı olan bu təhdidlə açıq mübarizəyə hazırlaşırdı. Xalqımız öz dövlətinə dəstək üçün, Qarabağın işğaldan azad edilməsində bir nəfər kimi səfərbər olduğunu göstərmək üçün Prezidentinin əmrinə hazır olduğunu bəyan edirdi. Məhz belə çətin, həlledici anda Ramiz Mehdiyevin xəyanətkar dəstəsi yenidən “iş başında” olub - onlar dövlətə dəstək olan şəxslərin səmimi emosiyalarından öz xəyanətkar planları üçün sui-istifadə etməyə çalışıb. DTX-nın yaydığı məlumatda bildirilir ki, “ Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib”. Bəli, Qarabağ acısını, şəhid ağrısını özünün çirkin, ləyaqətsiz planlarının bir hissəsi kimi istifadə etməyə çalışan bu qruplaşma özünü bu qədər alçaltmaqdan belə çəkinməyib...
Qənimət Zayıdov: xəyanətkar planın xaricdəki icraçısı
AXCP sədri Əli Kərimlinin vaxtilə Bakıda “gizli kassası” adlandırılan, sonradan isə xüsusi missiya ilə xaricə göndərilən Qənimət Zayıdov bu xəyanətkar planın mühüm bir hissəsinə çevrilib. Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.
Qeyd edək ki, Qənimət Zayıdov hələ 90-cı illərin sonunda AXCP-nin “Azərbaycana qarşı xəyanətə ən hazır adamı” kimi xarakterizə olunurdu. Onun vaxtilə başqa bir dövlətin xüsusi xidmət orqanlarına işlədiyini etiraf etməsi heç kimin yaddaşından silinməyib - hətta, həmin dövrdə bununla bağlı mətbuat konfransı keçirən Zayıdov utanmadan “ikili agent” olmağa belə razılaşdığını etiraf etmişdi.
Sirr deyil ki, xaricdəki söyüş müxalifəti də bu şəbəkə tərəfindən təlimatlandırılıb və idarə olunub. Bunların maddi təminatı məsələsi isə çox güman ki, elə Zayıdov vasitəsilə həyata keçirilib. Təsadüfi deyildi ki, söyüş şəbəkəsinin fəaliyyəti məhz Zayıdovun xarici ölkədə yaşamasından sonra daha da aktivləşmişdi. Bu səbəbdən də güman etmək olar ki, onlar Ramiz Mehdiyevin Əli Kərimliyə verdiyi təlimatları məhz Zayıdovun vasitəsilə əldə edirmiş.
Xəyanət cəzasız qalmır - ədalət mühakiməsi qarşısında cavab vermək vaxtıdır...
Artıq Ramiz Mehdiyevin, Əli Kərimlinin, Abbas Abbasovun və şəbəkənin digər üzvlərinin xəyanətkar siması, onların dövlətimizə və xalqımıza, müstəqilliyimizə və konstitusiya quruluşumuza qarşı ardıcıl düşmən fəaliyyəti faktlarla ifşa olunur. Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib. Bu fakt Azərbaycan dövlətinin gücünün növbəti nümayişidir. Dövlətin özünün təhlükəsizliyini təmin etmək qüdrəti bütün düşmənlərin planlarının öhdəsindən gəlmək iqtidarındadır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

