Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AQTA: Sumqayıtda “Banu” şirniyyat istehsalı müəssisəsində normativ tələblər pozulub

AQTA: Sumqayıtda “Banu” şirniyyat istehsalı müəssisəsində normativ tələblər pozulub

26.12.2025 [21:50]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, 4-cü mikrorayon, C.Cabbarlı küçəsində fəaliyyət göstərən fiziki şəxs Təranə Saleh qızı Süleymanovaya məxsus “Banu” şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçiriblər.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31