Marşrut avtobuslarında yeni ödəniş sistemi vahid sistemə yol açacaqmı?
25.12.2025 [18:02]
Xəbər verdiyimiz kimi, Bakı şəhərində “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi tam aktivləşdirilib. Bu yenilik ödəniş zamanı yaranan gecikmələrin və sıxlığın azalmasına kömək edə bilərmi? Həmçinin gələcəkdə digər avtobus daşıyıcıları və şəhər nəqliyyatında vahid ödəniş sisteminə keçid üçün hansı imkanlar yaradır?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, artıq sərnişinlər üçün bir neçə ödəniş variantı mövcuddur: əvvəlki plastik “BakıKart”, “QR bilet”, indi isə NFC kartlar, “Apple Pay” və “Google Pay”. Bu müxtəlif ödəniş üsulları bir növə bağlılığı azaldır və sərnişinlər üçün seçim imkanı yaradır.
Ekspertin sözlərinə görə, paytaxta gələn turistlər əvvəllər milli valyuta alıb “BakıKart” əldə etməli idilər ki, bu problem artıq aradan qalxır: “Sıxlıq və tıxaclara təsirinə gəlincə isə, ödəniş üsullarının çeşidliliyi avtobusların daha rahat və sürətli hərəkətinə imkan yaradır, amma bu yalnız ödəniş sisteminin özü ilə həll olunmur. Avtobuslarda validasiya – sərnişinlərin ödəniş etməsinin yoxlanması hələ də vacibdir. Nəzarətçilər müəyyən dayanacaqlarda sərnişinləri yoxlaya bilər, ödəniş etməyənlərə qarşı isə sərt cərimələr tətbiq olunur. Bu praktika dünyada geniş istifadə olunur”.
Ekspert, həmçinin əlavə edir ki, qonşu Gürcüstanda bu sistem 2022-ci ildən tətbiq olunur, Avropanın bir çox şəhərlərində isə illərdir işləyir.
Gələcəkdə sistemin inkişafı üçün vacib məqamlar:
-Hər qapıda sərnişin ödənişinin yoxlanması (validasiya)
-Nəzarətçilərin təmin edilməsi
-Günlük və aylıq bilet paketləri
-Güzəştli qrupların ödənişi
-Tranzit vaxtlarının təyin edilməsi
Bu addımlar ictimai nəqliyyatın cəlbediciliyini artırır və vətəndaşların maliyyə xərclərinin optimallaşmasına birbaşa təsir göstərir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

