Azərbaycanlı alim “BALTES 2025” beynəlxalq simpoziumunda iştirak edib
02.11.2025 [11:23]
Balkanlarda türk dili və ədəbiyyatı tədqiqatlarına həsr olunmuş II Beynəlxalq Simpozium (BALTES 2025) çərçivəsində Makedoniyanın Skopye şəhərində yerləşən Beynəlxalq Balkan Universiteti (IBU) və Balkanlarda türk dili və ədəbiyyatı tədqiqatları mərkəzi (BALTED) tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarli “Türk eposlarının semiotik arxetipləri və sinergetik inkişaf dinamikası: Balkan dastanları ilə müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, alim məruzəsində türk eposunun dərin struktur kodlarını, tarixi yaddaşın arxaik qatlarını, kollektiv şüur modellərini və sinergetik inkişaf mexanizmlərini Balkan epos ənənələri ilə müqayisəli şəkildə təqdim edib.
Professorun sözlərinə görə, qloballaşma şəraitində mədəni identiklik, tarixi yaddaş və milli özünüdərk məsələləri xüsusi əhəmiyyət kəsb edir. Türk epik irsi yalnız folklor təbəqəsi kimi deyil, həm də tarixi yaddaş sistemi, özünütəşkil modeli və mənəvi təhlükəsizlik mexanizmi kimi nəzərdən keçirilir. Məruzə bu kontekstdə türk eposlarının mədəni kodunu açır və onların Balkan epik irsi ilə qarşılıqlı əlaqəsini yeni nəzəri müstəvidə təqdim edir.
Müəllifin qeyd etdiyi kimi tədqiqat müasir fənlərarası metodlara əsaslanır ki, bunlara semiotika, sinergetika, arxetip nəzəriyyəsi, müqayisəli folklorşünaslıq və diskursiv analiz daxildir.
Əsərdə XX əsrin görkəmli alimlərindən biri Ziqmund Freydin yetirməsi, analitik psixologiya və psixoterapiyanın banisi, İsveçrə Praktik Psixologiya Cəmiyyətinin yaradıcısı və prezidenti Karl Qustav Yunqun, mifologiyanın, dini simvolizmin, ritualların, sehr və okkultizmin, şamanizmin, “ekstazın qədim texnikalarının”, miflərin və arxaik düşüncə tərzinin dünyaca məşhur tədqiqatçısı Mirça Eliadenin, filologiya elmləri doktoru, professor, Estoniya Elmlər Akademiyasının üzvü, Britaniya Akademiyasının müxbir üzvü, Estoniya SSR-in Yuhan Smuul adına ədəbiyyat mükafatı laureatı Yuri Lotmanın, həmçinin alman nəzəriyyəçi fizik, sinergetikanın banisi, emerit professor Herman Hakenin və digər alimlərin konsepsiyalarından istifadə olunub.
Bu yanaşma eposu yalnız ədəbi mətn kimi deyil, həm də kollektiv düşüncə forması, kosmoqonik model, cəmiyyətin psixoloji regenerasiya mexanizmi və mədəni enerji sistemi kimi nəzərdən keçirməyə imkan verir.
Məruzədən irəli gələn əsas elmi nəticələr göstərir ki, türk eposu xaosdan kosmosa keçid modelinə əsaslanır və mənəvi-mədəni dirçəliş ideyasını təcəssüm etdirir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və digər epik əsərlər kollektiv identikliyin dinamik kodunu formalaşdırır. Balkan epik ənənəsində qəhrəman mənəvi müqavimətin və tarixi travmaların bədii sublimasiyasının simvolu kimi çıxış edir. Türk eposunda qəhrəman sosial nizamı bərpa edir və xalqı birləşdirir, halbuki Balkan eposlarında əsas diqqət tarixi sınaqlar şəraitində mənəvi qələbəyə yönəlib.
Onlayn formatda keçirilən bu tədbir bir daha simpoziumun əhəmiyyətini vurğuladı. “BALTES 2025” türkoloji tədqiqatların dərinləşdirilməsi, eləcə də türk və Balkan regionları arasında tarixi və müasir mədəni əlaqələrin təhlili üçün mühüm elmi platformaya çevrildi. Professor Qafarlının məruzəsi türk epik irsinin öyrənilməsi üzrə yeni konseptual modelin işlənib hazırlanmasına əhəmiyyətli töhfə verdi. Yaxın vaxtlarda simpozium materiallarının tam mətninin geniş elmi ictimaiyyət üçün dərc olunacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxGündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23

