Havada toz fəlakəti!
28.08.2025 [08:51]
İqlim dəyişikliyi, yoxsa...
Səbəb nədir?
Havanın həyatımızdakı ən vacib amil olduğu hər kəsə bəllidir. Bəzən “hava-su qədər vacibdir” ifadəsini də işlədirik. Lakin son 100 ildə havanın çirklənməsi, zəhərli maddələrlə zəngin olması qlobal problemlər sırasında yer alır.
Atmosferi çirkləndirən maddələr nəinki insanlara, ekosistemə də mənfi təsir göstərir. Havaya qarışan çirkləndirici maddələr isə müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid, karbon-monoksit, azot oksidləri və digər hissəciklərdir. Xüsusilə son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirməyə davam edir.
Tozun miqdarı normadan 1,5 dəfə artıq olub
Son günlər ölkəmizdə də tozlu, həmçinin dumanlı hava şəraiti müşahidə olunur. Əlaqədar qurumlar tozun transsərhəd xarakterli olduğunu, bu cür havanın paytaxta digər ərazilərdən gəldiyini bildirirlər. Hadisənin son illər tez-tez təkrarlanmasının əsas səbəbi kimi iqlim dəyişmələri vurğulanır. Buna baxmayaraq, Bakıda toz dumanının əsas səbəbi kimi çirkli havanın müşahidə olunduğunu düşünənlər də az deyil.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyevanın verdiyi məlumata görə, havada tozun miqdarı normadan 1,5 dəfə artıq olub. R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Tozlu havanın səbəbləri
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən ekoloq Rövşən Abbasov bildirib ki, tozlu hava atmosferdəki kiçik hissəciklərin - toz, qum, tüstü və s. yüksək miqdarda toplanması nəticəsində yaranır. O, qeyd edib ki, bu tip hava şəraiti adətən müxtəlif təbii və insan fəaliyyəti nəticəsində yaranır, həm insan sağlamlığına, həm də ətraf mühitə mənfi təsir göstərə bilir: “Tozlu havanın səbəbləri müxtəlif ola bilər, bunlar əsasən təbii və antropogen, yəni insan fəaliyyətindən qaynaqlanan amillərlə əlaqəlidir”.
Təbii səbəblər
Ekoloqun sözlərinə görə, təbii səbəblərdən quraqlıq və küləkləri, təbii yanğınları, vulkanik aktivliyi, səhra və çöllərdən qalxan tozları qeyd etmək olar: “Yüksək temperatur və quraqlıq şəraiti tozlu havanın əsas səbəblərindən biridir. Küləklər, torpaqdan və səhradan qalan toz və qumu havaya daşıyaraq tozlu hava şəraiti yaradır. Səhraların yaxınlığında bu hadisə daha çox müşahidə olunur, çünki səhralardakı kiçik qum və toz hissəcikləri küləklə havaya qarışır.
Meşə yanğınları və digər təbii yanğınlar da havada çoxlu miqdarda toz, qarışıq maddələr və tüstü yaradır. Bu da tozlu havanın yaranmasına səbəb olur.
Vulkanlardan püskürən kül və digər maddələr atmosferə yayılaraq tozlu hava yarada bilər. Vulkanik püskürmələr nəticəsində havaya atılan kül və digər maddələr tozlu hava şəraitinin əsas səbəbidir.
Səhralardan və çöllərdən əsən küləklər də tozun geniş ərazilərə yayılmasına səbəb ola bilər. Bu proses xüsusilə Çin, Afrika və Yaxın Şərqin səhralarında geniş yayılıb”.
Antropogen səbəblər
R.Abbasovun sözlərinə görə, havada tozun müşahidə edilməsinin əsas səbəblərindən biri kimi antropogen səbəbləri, yəni insan fəaliyyətini qeyd etmək olar: “Məsələn, sənaye müəssisələrinin fəaliyyəti, o cümlədən kömür mədənləri, tikinti sahələri, zavodlar və digər sənaye obyektləri tozun yaranmasına səbəb olur. Kimyəvi proseslər və emal nəticəsində havaya toz və digər çirkləndiricilər atıla bilər.
Avtomobillərin çox olduğu və tıxaclı ərazilərdə də tozlu hava yaranması daha çox müşahidə edilir. Xüsusilə asfaltlanmamış yollar, avtomobil təkərlərinin və digər hərəkət edən vasitələrin torpağı havaya qaldırması nəticəsində toz və çirk yayılır.
Bundan başqa, yüksək miqdarda gübrə, pestisidlər və digər kimyəvi maddələrin istifadəsi, həmçinin torpaqların əkinə hazırlanması, yəni becərilməsi tozun havaya yayılmasına səbəb ola bilər. Tikinti və söküntü işləri zamanı torpaq və beton hissəcikləri havaya qarışaraq tozlu hava şəraiti yaradır”.
Hava şəraiti və iqlim dəyişiklikləri...
Ekoloq bildirib ki, quru və küləkli hava şəraiti, tozun havada daha asanlıqla yayılmasına səbəb olur. Bu zaman toz və qum hissəcikləri ətrafa yayılaraq vizual görünüşə və havanın keyfiyyətinə mənfi təsir edir: “İqlim dəyişikliyi, xüsusən temperaturun artması və ya quraqlığın davam etməsi, torpağın qurumasına və daha asanlıqla tozlanmasına səbəb ola bilər. Bu da uzunmüddətli tozlu hava müşahidə edilməsinə şərait yaradır.
Gördündüyü kimi, tozlu hava həm təbii, həm də antropogen səbəblərlə bağlıdır. Səhra küləkləri, sənaye fəaliyyəti, yol hərəkəti, kənd təsərrüfatı və digər amillər tozlu havanın yaranmasına imkan verir. Havadakı toz, insan sağlamlığına, ətraf mühitə və gündəlik həyatımıza mənfi təsir göstərə bilər. Ona görə də bu hadisə ilə mübarizə aparmaq üçün həm təbii, həm də insan fəaliyyəti ilə əlaqəli tədbirlər görmək vacibdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44

