Korrupsiyaya qarşı qlobal mübarizənin Bakı gündəliyi
21.05.2025 [10:38]
Son illərdə nüfuzlu beynəxalq təşkilatların mühüm tədbirlərinin Azərbaycanın ev sahibliyi ilə keçirilməsi bir ənənə halını alıb. Dünən Bakıda daha bir mötəbər tədbirin açılışı baş tutub. Söhbət BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində keçirilən altıncı plenar iclasından gedir.
Beynəlxalq tədbir mayın 23-dək davam edəcək. Prezident İlham Əliyev plenar iclasın iştirakçılarına müraciət ünvanlayıb. Dövlətimizin başçısı müraciətində Azərbaycanın korrupsiyaya qarşı mübarizədə prinsipial yanaşma sərgilədiyini və bu məqsədlə səmərəli hüquqi və institusional çərçivə yaratdığını diqqətə çatdırıb. “Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümüdür”, - deyə müraciətdə vurğulanır.
Korrupsiyaya qarşı mübarizədə yeni çağırışlar
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı korrupsiyanın da, necə deyərlər, zamana uyğun yeni transmilli növlərinin yaranmasını şərtləndirib. Bu kimi reallıqlar fonunda da milli dövlətlərin məsuliyyəti və qlobal təhdidlərə qarşı birgə səylərin gücləndirilməsi zərurəti ortaya çıxıb. “Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Korrupsiyaya Qarşı Mübarizədə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) yaradılması təşəbbüsü 2020-ci ildə İyirmilər Qrupunun (G20) Korrupsiyaya Qarşı Mübarizə Nazirlərinin ilk görüşü zamanı irəli sürülüb. 2021-ci ilin 2-4 iyun tarixlərində keçirilmiş BMT-nin Baş Assambleyasının Korrupsiyaya qarşı Mübarizə üzrə Xüsusi sessiyasında (UNGASS 2021) GlobE Network-un aralıq iclası keçirilib və müzakirələrin sonunda şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar qərar qəbul edilib. Şəbəkə korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında birbaşa əlaqəni gücləndirmək, digər ölkələrin beynəlxalq əməkdaşlığa cəlb olunmasını təşviq etmək və bu cür əməkdaşlığa imkan verən digər mövcud platformaları əlaqələndirmək məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi altıncı plenar iclasda 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirə həmçinin müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər də qatılıblar.
Korrupsiyaya qarşı qlobal mübarizənin Bakı gündəliyi olduqca aktualdır. Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.
Azərbaycanda yaradılan səmərəli hüquqi və institusional antikorrupsiya çərçivəsi
Beynəxalq miqyasda korrupsiyaya qarşı mübarizədə hədəflənən nəticələri əldə etməkdən ötrü ilk növbədə milli səviyyələrdə səmərəli antikorrupsiya mexanizmləri işə salınmalıdır. Müraciətdə ölkəmizin bu sahədə qətiyyətli siyasi iradə ortaya qoyduğuna diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində vacib rol oynayır”, - deyə vurğulayıb.
Respublikamızda korrupsiyaya qarşı mübarizə ardıcıl və sistemli xarakter daşıyır. Son illərdə aparılan islahatlar çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası daha da genişəndirlib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili, “ASAN xidmət”, “DOST” modellərinin tətbiqi vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Cari ildə isə dövlətimizin başçısı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında ?ərman imzalayıb. Bu sənədlərin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

