Hamı inanır ki, Tağıyevin adına layiq müəssisə yenidən işləyəcək
07.02.2025 [08:57]
Xeyli vaxt idi ki, ora getməyi planlaşdırırdım. Hər dəfə hansısa bir bəhanə ilə bu qərarımı gerçələşdirə bilmirdim. Evimiz kombinata yaxındır deyə, yolum bu hündür, qırmızı divarların qarşısından tez-tez düşür.
Söhbət illər öncə minlərlə işçisi olan, hazırda isə fəaliyyətini dayandırmış Qafqazın ilk parça toxuculuq fabriki olan Hacı Zeynalabdin Tağıyev adına tikiş kombinatından gedir. O kombinat ki, vaxtilə burada 6000-ə yaxın işçi çalışıb və 140-150 milyon metr parça istehsal edilib.
Nəhayət, bu naxışlı darvazlardan içəri addım ata bildim. Həyətdə xeyli qurumuş ağac var idi. Öyrəndik ki, bu ağacların çoxusu Kombinatla yaşıddır. Bu qocaman çinarlar müəssisənin tarixinə şahidlik edən ən zəngin sübutlardır. Uzaqdan binanın hansısa otaqlarından birində mişar, dəzgah səsləri eşidilirdi. Fabrikin həyətində arada tək-tük cavan oğlanlar görsənirdi, çox güman ki, onlar sexlərdə çalışanlar idi.
Qapıdan içəri keçdikdə bəstəboy bir kişi bizə yaxınlaşdı. Bizi qarşılayan müəssənin direktor müavini Qasım Qasımov idi. Qasım müəllimin sözlərinə görə, son illər bura çox gəlib-gedən olur, ancaq içəri keçməyə icazə verməyiblər. Söhbət əsnasında içəri bir nəfər daxil olur. Zahiri görünüşünə görə, Orta Asiyalılara bənzəyən bu hündürboy şəxsin müəssisənin direktoru Rafael Tağıyev olduğunu öyrənirik.
Direktorun qəbul otağına daxil oluruq. Rafael müəllim deyir ki, bu qocaman müəssisənin çox şərəfli və respublika iqtisadiyyatı üçün əhəmiyyətli tarixi vardır. Müəssisə yaranmamışdan əvvəl ölkəmizdə çox ciddi ipək problemi var idi, müsəlmanlar kəfən üçün bezi belə Rusiyadan alırdılar. O dövrdə bu vəziyyət Azərbaycanlı iş adamlarını, xüsusilə də Hacı Zeynalabdin Tağıyevi bərk narahat edirdi. Ona görə də Bakıda toxuculuq fabriki tikmək qərarına gəlir. Həmin dövrdə Azərbaycanda pambıq olmasına baxmayaraq, kətan məhsulları istehsal edən fabrik yox idi. Müəssisənin inşası üçün xarici memarlara müraciət olunur. Kombinatın binası memar polyak İ.Qoslavskinin layihəsi əsasında 1896-1899-cu illər ərzində tikilərək 1900-cü ildə istifadəyə verilib. Kombinatın damı elə hazırlanmışdı ki, hava açılanda fabrikin içi işıqlanır və əlavə işığa ehtiyac olmurdu. Yeri gəlmişkən, kombinat o dövrdə fəaliyyət kanalizasiya sistemi qurulan yeganə müəssisə olub.
Müəssisənin direktorunun sözlərinə görə, fabrikin ərazisində işçilər üçün hər cür şərait yaradıldı: Mənzillər, klinika, fəhlə uşaqları üçün məktəb, uşaq bağçası inşa edilmiş, böyüklər üçün axşam kursları təşkil olunmuşdu.
Uzun illər respublikanın yüngül sənayesinə töhfələr verən bu müəssisə sovet ittifaqı dağılandan sonra çətinliklərlə üzləşdi, ancaq yenə də fəaliyyətini qoruyub saxlaya bildi.
Müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin ağır siyasi-ictimai dövrlərində, Birinci Qarabağ müharibəsinindavam etdiyi iqtisadi sarsıntılı günlərdə belə müəssisə öz istehsal gücünü tam qoruyub saxlamışdı, 6 min nəfər işçi 3 növbəli rejimdə yorulmadan çalışaraq bazarın tələbatını ödəməyə çalışırdı. İşçilərin sosial vəziyyəti də pis deyildi, yüksək əməkhaqqı alınan müəssislərdən biri idi bura.
R.Tağıyev söhbət əsnasında kombinatın adını daşıdığı böyük xeyriyyəçi Tağıyev barədə maraqlı bir hadisəyə də diqqət çəkir: “Günlərin birində fəhlələrdən birinin cibindən bir qəpik düşür və pulu götürmədən gedir. H. Zeynalabdin Tağıyev onu çağırıb qəpiyi götürməməyinin səbəbini soruşur. İşçi cavabında deyir ki, sizin verdiyiniz yüksək maaşın müqabilində mənim o bir qəpiyə ehtiyacım yoxdur. Tağıyev qəpiyi götürüb otağına gəlir, köməkçisinə tapşırır ki, bütün işçilərin maaşından 1 qəpik kəsilsin. O, işçilərdən tutduğu 1 qəpiyin hesabına böyük bir məktəb tikdirir, sonra həmin işçini çağırıb deyir: “Bir qəpiyin qədrini bilməyən insan heç vaxt pulun qədrini bilməz”.
R. Tağıyev deyir ki, kombinat çətin günlərini yaşayanda ərazidə başqa müəssisələr tikmək istədilər, ancaq onlar da yarımçıq qaldı. Bu ərrazidə müxtəlif obyekt və müəssisə tikmək istəsələr də, mümkün olmadı.
H.Z.Tağıyev adına kombinat hazırda dövlət mülkiyyətində olan müəssisə kimi qalmaqdadır. İstehsal fəaliyyətini dayandırsa da, kombinatda hazırda kiçik bir sex fəaliyyət göstərir ki, bu da ehtiyacı olanlara müəyyən kömək edir.
Hər kəs vaxtilə minlərlə işçisi olan bu nəhəng fabrikin qapılarının öz işçilərinin üzünə yenidən açılacağı günü gözləyir. Hamı inanır ki, burada Hacı Zeynalabdin Tağıyevin adına layiq yeni müəssisə yaradılacaq.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

