Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir
30.01.2025 [11:12]
Bu gün Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi.
AZƏRTAC xəbər verir ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksəksəviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.
Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətləri üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir.
Prezident İlham Əliyev tərəfindən ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, xarici ticarətin dəstəklənməsi və təşviqi, sahibkarlar üçün asan, əlçatan xidmətlərin formalaşdırılması, gömrük işinin səmərəli və müasir çağırışlara uyğun şəkildə həyata keçirilməsi üzrə strateji hədəflər müəyyənləşdirilib. Gömrük orqanları qarşısında qoyulan tapşırıqların uğurla icrası məqsədilə Gömrük Xidmətinin Fəaliyyət Proqramı tərtib edilib və orada şəffaflıq, məmnunluq və rəqəmsallaşmanın artırılması, gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, təhlükəsiz hüquq-mühafizə tədbirləri Dövlət Gömrük Komitəsinin (DGK) strateji hədəflərində öz əksini tapıb.
Gömrük orqanları tərəfindən icra olunan bütün layihə və yeniliklər “Gömrük İNKİŞAF modeli” konsepsiyası əsasında hazırlanır. Rəqəmsal həllərə, elmi nəzəriyyələrə, qabaqcıl təcrübələrə əsaslanan layihələr rəsmiləşdirmə və sərhədkeçmə proseslərinin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə, gömrük nəzarətinin səmərəliliyinin artırılmasına, vaxt və vəsaitə qənaət olunmasına şərait yaradır. “Gömrük İNKİŞAF modeli” komitənin qısa və ortamüddətli perspektiv hədəflərini, prioritet sahələrini və vəzifələrini müəyyən edən strateji planlaşdırma sənədi olan Gömrük Xidmətinin Fəaliyyət Proqramı üzrə nəzərdə tutulmuş layihələrin konsepsiyasıdır.
Hər il olduğu kimi 2024-cü ildə də gömrük sistemində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb. 2025-ci ildə xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası həyata keçiriləcək.
Ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Ötən il gömrük xətti ilə büdcə daxilolmalarında komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3 faiz çoxdur.
Ötən il ərzində 35 min 255 hüquqpozma faktı aşkar edilib. Bunlardan 1278-i cinayət xarakterli, 33 min 977-si inzibati xəta faktlarıdır. Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Bundan başqa, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində də ciddi tədbirlər görülür. Belə ki, bu il Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib. Beynəlxalq tədbirdə qurumun gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində görülən işlərdən məmnunluqla bəhs edilib, qarşıya qoyulan hədəflərin uğurla icrası baxımından “Sadələşdirilmiş Gömrük Dəhlizi” ilə bağlı sazişin əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14

