Sosial cəmiyyət quruculuğu naminə
11.01.2025 [11:57]
Beşinci sosial paketin icrası əhalinin sosial rifahının təminatında mühüm rol oynayacaq
Azərbaycanda əhalinin sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə mühüm sosial ənənəyə çevrilmiş sosial islahatlar strategiyası davam etdirilir və icra edilən sosial paketlər layiqli sosial cəmiyyət quruculuğu fəlsəfəsinə əsaslanır.
Ötən 6 il ərzində həyata keçirilən 4 sosial islahat paketi çərçivəsində 3 milyondan çox insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Dövlətin sosial sahəyə xüsusi diqqəti ilk növbədə, maliyyə potensialının artması sayəsində daha da yaxşılaşır. Son 6 ildə ölkə iqtisadiyyatı davamlı olaraq yüksəlib, büdcə xərcləri 2018-ci ildəki 23 milyard manatdan 2025-ci ildə 41,4 milyard manata yüksəlib. Bu fiskal güc və yığım dinamikası müntəzəm şəkildə büdcənin sosial strukturunu da möhkəmləndirib. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun son 6 ildə yığımları 2 dəfədən çox artıb.
Minimum əməkhaqqı artımlarının dövlət və özəl sahədə çalışanlara töhfəsi
Bütün bu maliyyə potensialları sayəsində sosial artımlar üçün əhəmiyyətli maliyyə bazası formalaşıb. Büdcənin birbaşa artan imkanları sayəsində sosialyönümlü xərclərin payı isə son illərdə əhəmiyyətli həcmlərdə artıb. 2021-ci ildə büdcədə sosialyönümlü xərclərin məbləği 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.
2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilib. Dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqlarının artımının təmin edilməsi icra olunacaq. Minimum aylıq əməkhaqqının məbləğinin 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılması sayəsində dövlət və özəl sektorda çalışan insanların maaşlarının ən aşağı məbləği 400 manat təşkil edəcək.
Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq.
Pensiyaçıların sosial müdafiəsinin yaxşılaşdırılması
Sosial sahədə prioritet təminat sektoru kimi pensiya ödənişləri də mühüm yer tutur. Hökumət ardıcıl olaraq bu sahəyə böyük həcmdə maliyyə ayırmaları həyata keçirir. Həm minimum pensiyaların, həm də əmək pensiyalarının artımları davamlı xarakter daşıyır. 2025-ci ildən start verilən beşinci sosial islahat paketi çərçivəsində minimum pensiyanın məbləği 280 manatdan 320 manata çatdırılıb, yaxın günlərdə isə əmək pensiyalarının artımı təmin olunacaq.
2023-cü ildən tətbiq edilən vahid indeksasiya metoduna əsasən, bütün kateqoriyalardan olan pensiyaçıların pensiyaları indeksləşdirilərək artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü üzrə - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə, ümumilikdə 1,1 milyon nəfərin pensiyasının məbləğləri ehtimal olunan proqnoza əsasən, təxminən 10 faiz artırılacaq. Nəticədə təkcə, pensiya artımları ilə əlaqədar olaraq 2025-ci ildə də büdcədən və Dövlət Sosial Müdafiə Fondundan pensiyalarının ödənilməsi xərclərində əhəmiyyətli xərc dinamikası davam etdiriləcək. Belə ki, cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur. Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artırılıb.
Sosial artım strategiyasının digər bölməsi ünvanlı dövlət sosial yardımı ilə bağlıdır. Bu artımlar isə ölkə üzrə ehtiyac meyarına əsasən müəyyənləşir. Ehtiyac meyarının məbləği 2025-ci il yanvarın 1-dən 285 manata çatdırılıb və ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləği də bu əmsala uyğun artırılacaq.
Büdcə təşkilatlarına sosial dəstək, müavinət və təqaüdlərin artımı
Prezidentin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
Sosial strategiyanın digər mühüm istiqaməti kimi müavinət və təqaüdlərin, digər sosial ödənişlərin məbləğlərinin artırılması istiqamətində praktiki işlər davam etdirilir. Bütün bu əhatəli və çoxvektorlu sosial siyasət tədbirləri əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini bir daha təsdiq edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

