QHT-LƏR DÖVLƏT PROQRAMINI MÜZAKİRƏ EDİBLƏR
29.04.2013 [22:27]
Bu günlərdə Gənclər Evinin və “Təkan” Tələbə Gənclərinin İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunmuş dəyirmi masa baş tutub. Tədbirdə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatları, tələbə birliklərinin nümayəndələri iştirak ediblər.
Toplantı zamanı dəyirmi masa ətrafına toplaşanlar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində QHT-lərin, ictimai təşkilatların gördüyü işlər, bu fəaliyyətin effektivliyi barədə fikir mübadiləsi aparıblar.
Görüşün əvvəlində iştirakçılar ümumilli lider Heydər Əliyevin xatirəsini 1dəqiqəlik sükutla yad etdilər. Gənclər Evinin direktoru Elşad Abdullayev ulu öndərin həyatı,gənclərə göstərdiyi qayğı və diqqət haqqında danışdı. Elşad Abdullayev Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi çərçivəsində görülən işlər haqqında qısa məlumat verdi. Onun sözlərinə görə, gələcəkdə Gənclər Evində tamam fərqli mövzularda tədbirlər, staj proqramları, peşə kursları keçiriləcək: yaxın aylarda Azərbaycanda ilk dəfə olaraq gənclər üçün pulsuz distant təlimlərə də start verəcəyik”.
Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov Dövlət proqramının icrası, proqramın tətbiqində əldə olunan nailiyyətlər, qarşıda gözlənilən layihələr barədə söz açdı. E.Hüseynov qeyd edib ki, proqramın əsas məqsədi gənclərin ictimai fəallığının artırılması, onların cəmiyyətdə gedən proseslərdə fəal iştirakına şərait yaratmaqdır. Nazirlik təmsilçisi getdikcə gənclərə ayrılan maddi dəstəyin də artacağını, yaxın aylarda Gənclər Sarayının inşa olunacağını, gənclik sahəsində xüsusi mükafatın təsis olunacağını bildirdi.
Tədbirdə “Təkan” Tələbə Gənclərinin İB-nin sədri Leyla Kərimova, “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İB-nin təmsilçisi Nigar Hacıyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin təmsilçisi Habil Yaşar, “Gənclərin Həmrəyliyinə Dəstək” İB-nin sədri Cəmilə Abdullayeva, “Yeni Nəsil” Gənclərin İnkişafına Dəstək İB-nin sədri Atatürk Kamallı,Gənclərin Maarifləndirilməsi İB-nin sədri İlkin Abdıyev, Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Həbibə Sadıqlı və digərləri iştirak ediblər. Onlar “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının gənclərin həyatında oynadığı rol, həyata keçirilən tədbirlərin effektivliyi barədə fikirlərini bölüşüblər.
Tədbir zamanı sosial şəbəkələrdə aktiv gənclər təşkilatlarını birləşdirən ümumi bir səhifənin yaradılması, birgə tədbirlərin həyata keçirilməsi haqda təkliflər səslənib. Sonda Gənclər Evinin “Ofis menecer köməkçisi” staj proqramını bitirən 11 nəfərə sertifikat təqdim olundu. Qərara alınıb ki, yaxın günlərdə eyni mövzu ilə bağlı daha geniş dairədə müzakirə təşkil olunsun.
Qeyd edək ki, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) Layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

