Yaşar öz qəhrəmanlığı ilə əbədiyaşarlıq qazandı
02.03.2013 [09:59]
Şəhid kapitan Yaşar Əhmədovun qardaşı: O, öz hərəkəti, davranışı ilə qardaş və bacılarına nümunə olmağa çalışırdı
Xəbər verildiyi kimi, fevralın 11-də düşmən çəpəri, Vətən sipəri olan üç qəhrəman övladımız Hərbi Hava Qüvvələri helikopterinin ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Zeynalov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu növbəti tapşırığı yerinə yetirərkən həlak olublar. Bu dəhşətli xəbər ildırım sürətilə yayılaraq nəinki onların ailə üzvlərini, yaxın dostlarını, həmçinin, bütün Azərbaycan xalqını, soydaşlarımızı sarsıtdı, kədərləndirdi. Onların yarımçıq qalmış arzularına, ömürlərinə, gəncliyinə heyifsiləndik. Amma içimizdə iftixar, qürur hissi yarandı, bu duyğuların əzəmətinə, möhtəşəmliyinə söykənib təsəlli tapdıq. Çünki geniş səmalarda uçan qartallarımız şəhidlik zirvəsinə ucalaraq həmişəlik qəlbimizə köçdülər. Onların hər üçünün müqəddəs bir arzusu var idi: işğal olunan torpaqlarımızı azad etmək, Vətən bayrağını Şuşada, Laçında, Kəlbəcərdə dalğalandırmaq, şəhidlərimizin ruhunu şad etmək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzuların gerçəkləşəcəyi gün uzaqda deyil, tezliklə düşmənə qalib gəlib qələbəni bayram edəcəyik. Neçə-neçə Yaşarlar, Rüstəmlər, Bəhruzlar böyüyüb qəhrəmanların yolunu davam etdirəcək, Vətənin qüdrətli sipəri olacaq, şəhidlərin ruhunu şad edəcəklər.
Kapitan Əhmədov Yaşar Mail oğlu ailənin də, şəhid olan üç dostun da böyüyü idi. Təmkinli, qətiyyətli, cəsarətli addımları ilə tanınan Yaşar, adətən, özündən böyüklərlə oturub-durardı. Ailədə beş uşaq idilər, iki oğlan, üç qız.
Məlumat üçün bildirək ki, kapitan Əhmədov Yaşar Mail oğlu 1970-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Dörd min əhalisi olan Aslanbəyli kəndi Qarabağ döyüşlərində 23 şəhid verib. Yaşar Bakıda yaşasa da, doğma kəndlərinə gələndə şəhidlərin məzarını ziyarət edər, “Heç birinizin qanı yerdə qalmayacaq, mənfur düşmənlərdən sizin qisasınızı alacağıq”, - deyirdi.
Yaşarın atası Mail müəllim ixtisasca riyaziyyatçı olub, uzun müddət Aslanbəyli kənd orta məktəbində tədris işləri üzrə direktor müavini işləyib. Kəndin sayılıb-seçilən, ən hörmətli və nüfuzlu ağsaqqallarından olub. O, ötən ilin noyabr ayında evin böyüklük yükünü Yaşarın çiyinlərinə qoyub dünyadan köçüb. Ailə hələ bu ağır itkinin üzüntülərindən qurtarmamış daha dəhşətli bir xəbərin acılarına qatlaşmalı olub.
Yaşarın anası Naimə xanım kənddə tibb bacısı işləyib, övladcanlı, iradəli, dözümlü, qayğıkeş anadır. Hüzr yerinə gəlib-gedənləri özünəməxsus dəyanətlə, hörmətlə qarşılayan, fəxarətlə yola salan Naimə xanım “mən Yaşar kimi cəsur oğulun anasıyam” deyir: “El yanında başım uca, üzüm ağdır. Yaşar və yoldaşları əbədilik qazanıb, əbədiyyətə qovuşublar”.
Anası deyir ki, Yaşar ali rütbəyə çatmaq, hamıya nümunə olmaq arzusu ilə yaşayardı: “Yaşarın bizə ən qiymətli yadigarı gözəl ailəsi və övladlarıdır. Bu gün yüzlərlə insan, nüfuzlu şəxslər, ölkəmizin müxtəlif yerlərindən gələrək dərdimizə şərik olur, təsəlli verirlər. Mən fəxr edirəm ki, Yaşar kimi oğul böyütmüşəm. Ölkə rəhbərliyinin qayğı və diqqəti hər an üzərimizdə olduğuna görə çox minnətdaram”.
Qardaşı İlham Əhmədov deyir ki, Yaşar uşaq vaxtı bizə nizam-intizamı, səliqə-sahmanı öyrədər, dərslərimizi yaxşı oxumağı tövsiyə edərdi: “Özü də əla qiymətlərlə oxuyardı. Bizə qarşı çox tələbkar idi. Ümumiyyətlə, o, öz hərəkəti, davranışı ilə qardaş və bacılarına nümunə olmağa çalışırdı. Onu da deyim ki, Yaşar 1988-1990-cı illərdə Rusiyanın Çita vilayətində hərbi xidmətdə olub. Hərbi təhsilini Ukraynada alıb. Sonra Vətənə qayıdaraq Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Bir dəfə xəstə aparmaq üçün Ağstafaya gəlmişdi. Məsafə yaxın olduğundan kəndimizdəki qəbiristanlığın yanında helikopterdən yerə enib, gəlib bizimlə görüşüb getdi. İndi onu həmin yerdə torpağa tapşırdıq. Sağlığında dəfn olunacaq yerini də beləcə müəyyənləşdirdi, qardaşım”.
İlham bir anlığa susub baxışlarını uca göylərə tutur, yaşla dolu gözlərini bizdən gizlətməyə çalışır. Sonra dərindən nəfəs alıb “Doğma Vətən sağ olsun” - deyir.
Bibisi oğlu Qərib Cəlilov bildirib ki, Yaşar və onun dostlarının vətənpərvərliyi, igidliyi hamımıza baş ucalığı gətirib: “Yaşar kimi qeyrətli oğul nəslimizə Tanrı vergisi idi. Yaxşı yadımdadır, bir dəfə atasına dedi ki, ona maşın alsın. Atası dedi ki, bala maşın bərk gedir, sənə traktor alacağam ki, yavaş sürəsən. Atası xəstə olanda ona baş çəkməyə, dərdinə əlac etməyə gəlmişdi. Atasının ağrılarına məlhəm olmaq üçün uşaqlıq xatirələrindən danışdı ki, atasının kefini açsın. Dedi ki, ata yadındadır, dedim mənə maşın al, dedin traktor alacağam sənə. Amma idarə etdiyim helikopter traktordan da, maşından da bərk gedir”.
Qeyd edək ki, Yaşar Əhmədov orta məktəbdə öz biliyi ilə daim fərqlənib. Qazax rayon Aslanbəyli kənd orta məktəbin direktoru Dilqəm Məmmədovun sözlərinə görə, Yaşar məktəbin əlaçı şagirdlərindən olub: “Ən çox sevdiyi hərbi dərslər idi. Silahı çox səliqə ilə söküb-yığmağı xoşlayardı. Mən də, bütün müəllimləri də bilirdilər ki, o, hərbi təyyarəçi olacaq. Bu arzusunda da çox israrlı idi. Təyyarəçi də oldu, Vətənə layiq övlad da oldu. Yaşarın şəkli məktəbimizin şərəf lövhəsini bəzəyəcək, xatirəsi qəlbimizdə hər zaman yaşayacaq, məzarı müqəddəs ziyarətgahımız olacaq! Vətən belə övladları ilə öyünür”.
Bacısı Mehparə Əhmədova isə hələ də olanlara inanmaq istəmir: “Ailəmizin ilki, qəlbimizin bir parçası, ciyərparamız idi Yaşar. Atamgil adını Yaşar qoymuşdular ki, yaşasın bizə arxa-dayaq olsun. Amma qismət olmadı. Bizi çox erkən tərk etdi. İki övladını, anasını, bizi gözüyaşlı, qardaşı İlhamı tək qoydu. Adını biz qoyduq, ölümsüzlüyü, əbədiyaşarlıq yolunu isə o, özü seçdi”.
Allah rəhmət eləsin!
F.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
MEDİA
31 Oktyabr 10:30
Analitik
31 Oktyabr 10:16
Analitik
31 Oktyabr 09:52
Siyasət
31 Oktyabr 09:48
Ədəbiyyat
31 Oktyabr 09:34
Analitik
31 Oktyabr 09:15
Sosial
31 Oktyabr 08:57
Sosial
31 Oktyabr 08:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

