Zəfərimizin və qürurumuzun dörd ili
07.11.2024 [17:01]
Qalib və qürurlu xalqıq!
Şanlı qələbəmizin dördüncü il dönümünü böyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik.
Dörd il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan qurtardı, "döyükən erməni hərbiçisi" mifini fərari erməni hərbiçisi reallığı ilə dəyişdirdi, işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!
Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi böyüdü, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.
Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi qələbə həm də, bəşəriyyəti "əzabkeş erməni xalqı" maskası arxasında gizlənmiş erməni faşizmindən xilas etdi.
Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.
Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.
Bu qələbə nəticəsində beynəlxalq nüfuzumuz daha da yüksəldi, şöhrətimiz, hörmətimiz artdı.
Bu qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı, dünya hərb sənətinə yeni tövhələr verdi. Şuşanın işğaldan azad edilməsi isə müharibələr tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı.
Bu qələbənin davamı və məntiqi nəticəsi olaraq 2022- ci ilin 12- 13 sentyabrında qəhrəman Milli Ordumuz düşmən nəzarətində olan bütün yüksəklikləri fəth edrək sərhədlərimizi bərpa etdi, 2023- cü il sentyabrın 19- da isə 23 saatlıq antiterror əməliyyatı nəticəsində milli suverenliyimizi təmin etdi.
44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı.
Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə 4 ildə dövlət büdcəsindən 20 milyard manata yaxın vəsait ayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir, məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqları ata-baba yurdlarına dönürlər. Bu ilin sonuna 25 min soydaşımız Qarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır.
Bu qələbə, bu əzəmət, bu qürur, qayıdış sevinci üçün qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.
Bədxahlarımızın, xüsusi ilə, Fransanın terrorçu Ermənistana patoloji tərəfkeşliyinə rəğmən , biz məğlub Ermənistanı sülh müqaviləsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri , xüsusən, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini oğlu və siyasi varisi prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir.
Cənab İlham Əliyev tarixi qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı.
Bu çağırış işlqlı sabahların, tərəqqinin, rifahın təntənəsi, güdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir!
Bu gün Azərbaycan bölgənin titul dövləti və söz sahibidir.
Azərbaycanın Prezidenti təkcə bölgə ilə bağlı deyil, dünyanın siyasət müstəvisində müxtəlif platformalarda qarşıya real məqsədlər qoyur və həll edir.
Bu gün Cənubi Qafqazda zaman Azərbaycan saatı ilə işləyir. Mən qəti əminəm ki, cənab Prezident İlham Əliyevin səyləri ilə bölgədə ədalətli və əbədi sülh bərqərar olacaq, əməkdaşlıq və tərəqqi başlayacaqdır.
Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl İrəvan şəhərimizə və digər yurdlarımıza gedəcəyik.
Bayramımız mübarək olsun!
Zəfərimiz mübarək və davamlı olsun!
Musa Urud,
Millət vəkili
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53

