Zəfər Günümüzü salamlayacaq “Qarabağnamə” simfonik balladası
16.10.2024 [19:53]
Sözləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynova, musiqisi Xalq artisti Faiq Sücəddinova məxsus “Qarabağnamə” adlı simfonik ballada ərsəyə gəlib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a verilən məlumata görə, simfonik ballada haqqında məlumat verən akademik Rafael Hüseynov bildirib ki, solist, xor və simfonik orkestrin ifası üçün nəzərdə tutulmuş bu əsər Zəfərimizin növbəti ildönümünə hədiyyə olacaq. Solo hissəsini Əməkdar artist Ramil Qasımov ifa edəcək, əsər səhnədə Xalq artisti Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin ifasında təqdim ediləcək.
Onun sözlərinə görə, gözəl Qarabağımızın tarixi, başından keçənlər, bu füsunkar məkanın məşhur insanlarının hekayətləri “Qarabağnamə” adı verilmiş silsilə kitablarda əbədiləşib. Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin, Mir Mehdi Xəzaninin, Mirzə Yusif Qarabağinin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin “Qarabağnamə”ləri bu gün bizə yaxın əsrlər içərisindəki Qarabağımızın çox olmuşlarını aydın görməyə imkan verir.
“Söz yox ki, yeni Qarabağ, xüsusən də Zəfər Yolunu keçmiş Qarabağın tarixi barədə hələ bundan belə cild-cild kitablar da yazılacaq. “Qarabağnamə” sərlövhəli tarixi əsərlərimiz vardı, indi musiqimizin də öz “Qarabağnamə”si olacaq. Niyyətimiz və istəyimiz “Qarabağnamə” simfonik balladasının Zəfər Günü astanasında səslənməsidir”, - deyə akademik Rafael Hüseynov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

