AQTA-nın təsdiqlədiyi xarici qida obyektlərindən yem və yem əlavələrinin idxalı davam etdirilir
10.09.2024 [16:25]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təsdiq edilən xarici qida obyektlərindən yem və yem əlavələrinin idxal prosesi davam etdirilir. Bu barədə Yeniazerbaycan.com-a Agentlikdən məlumat verilib.
Belə ki, yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər “Qida təhlükəsizliyi haqqında” Qanun ilə tənzimlənir. Qanun 2023-cü il yanvarın 1-dən etibarən qüvvəyə mindikdən sonra bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla yeniliklər tətbiq olunub, sadələşdirmə işləri aparılaraq yem və yem əlavələri məhsullarına münasibətdə qeydiyyat tələbi ləğv edilib. Yem məhsullarının idxalı üçün artıq qeydiyyat tələbi ləğv edildiyindən ənənəvi yemlərin ölkəyə idxalında prosedurların sadələşdirilməsi həyata keçirilib və yem məhsulları idxal etmək istəyən təsərrüfatların özlərinə uyğun ölkədən qeydiyyat tələbi olmadan yem məhsullarının idxalı imkanı yaradılıb.
Qeyd edək ki, Qanunda yem əlavələri ilə bağlı tətbiq edilmiş yeniliklərdən biri onların Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi obyektlərin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq qaydada təsdiq edilməsidir. Belə ki, yem əlavələri istehsal edən obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə uyğunluğu yerində və ya videoinspeksiya formatında qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin siyahısına daxil edilib.
Hazırda bir neçə yem əlavələri istehsal edən xarici obyektlər Agentlik tərəfindən təsdiqlənib və həmin obyektlərdən qeyd olunan məhsulların ölkəyə idxalı davam etdirilir.
“Cari il ərzində ölkəmizə əsasən Rusiya, Argentina, Türkiyə, Çin, Ukrayna və Almaniya daxil olmaqla, ümumilikdə, 31 (ötən ilin eyni dövrü üzrə 27) ölkədən yem və yem məhsulları idxal olunub. Həmçinin bu il ərzində ölkəmizə əsasən Rusiya (47%), Argentina, Türkiyə və Almaniya daxil olmaqla, ümumilikdə, 16 ölkədən quş yemi idxal edilib.
Bildiririk ki, cari il ərzində heyvan və quş yeminin idxalında artım müşahidə olunub. O cümlədən heyvan və quş yeminin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% artıb. Həmçinin amin turşusu tərkibli yem əlavələrinin də idxalında artım müşahidə olunub. Belə ki, cari ildə amin turşusu tərkibli yem əlavələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 48% artıb. Cari il ərzində isə ölkəmizə əsasən Çin, Fransa, Belçika, Türkiyə daxil olmaqla, ümumilikdə, 8 ölkədən amin turşusu tərkibli yem əlavələri idxal olunub.
Bu sahədə aparılan təhlillər bir daha onu göstərir ki, quş əti və quşçuluq məhsullarının qiymətinin artması ilə bağlı bəzi media resurslarında edilən monipulyativ çıxışlar, o cümlədən guya bu məhsulların istehsalı zamanı xərclərin çoxaldığı, yem ehtiyatının azaldığı və buna səbəb kimi ölkəyə idxal olunan yem məhsulları ilə bağlı tətbiq olunan yeni qaydaların əsas göstərməsi kimi iddialar həqiqətə söykənməyən və obyektivlikdən kənar məlumatlardır”, - deyə AQTA-nın məlumatında bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

