Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Oğuz günü-gündən inkişaf edir

Oğuz günü-gündən inkişaf edir

22.11.2012 [00:23]

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm addımlar atılıb
Ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunda da “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2009-2013-cü illər) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi sahəsində mühüm işlər görülür. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 16-da Oğuza etdiyi səfər zamanı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonun Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində mühüm addımlar atılıb. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq siyasəti Oğuza da müsbət təsirini göstərib. İstər ötən illər ərzində əldə edilən nailiyyətlər, istərsə də 2012-ci ilin 9 ayının yekunları belə deməyə əsas verir.
İstehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi artıb
Belə ki, hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2009-cu ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 98,7 faiz artaraq 82759,2 min manat təşkil edib. Rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 785 min manatlıq sənaye məhsulu istehsal edilib, ümumi məhsulun həcmi isə 12614 min manat təşkil edib. Dövlət Sosial Müdafiə Fondu tərəfindən rayon üzrə 5850 nəfər pensiyaçıya xidmət göstərilib, eyni zamanda, 144 ailə Ünvanlı Dövlət Sosial Yardımı alıb. Hesabat dövründə özünün iş problemi ilə bağlı 636 nəfər vətəndaş Məşğulluq Mərkəzinə müraciət edib ki, onların da 238 nəfəri işlə təmin edilib, 25 nəfərə müavinət təyin olunub, 19 nəfərə işsizlik statusu verilib.
Quruculuq-abadlıq işləri davam edir
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin 4 aprel 2012-ci il tarixli Sərəncamına əsasən 5 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qumlaq-Xalxal avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Oğuz rayon İcra Hakimiyyətinə vəsait ayrılıb. Oğuzda turizmin inkişaf etdirilməsində çox mühüm rol oynayacaq həmin yolun tikilib istifadəyə verilməsi rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Rayon üzrə digər istiqamətlərdə yerləşən yolların, habelə kənddaxili yolların da tikintisi və təmirinin həyata keçirilməsi üçün isə hazırlıq və planlaşdırma işləri görülür. Eyni zamanda, hesabat dövründə Qoşabulaq adlanan yerdən başlayaraq Oğuz şəhərinə gedən birinci dərəcəli yolun inşası başa çatdırılıb. Şəhərdəki Heydər Əliyev prospekti və S.Vurğun küçəsi genişləndirilib və yeni asfalt örtüyü salınıb. 20 Yanvar, S.Qazıyev, F.Seyidov, Z.Tağıyev, Xətai, N.Nərimanov, Ş.Qurbanov, Dədə Qorqud və Nəsimi küçələrinə asfalt örtüyü salınıb.
Şəhərin Babək küçəsində təməli 2010-cu ildə qoyulmuş Sosial Müdafiə Fondunun yeni inzibati binasının tikintisi, həmçinin, təməli 2011-ci ildə qoyulmuş Oğuz rayon Maliyyə İdarəsinin yeni inzibati binasının tikinti işləri başa çatmaq üzrədir.
Rayonda aparılan quruculuq və abadlıq işləri ilə əlaqədar Oğuz şəhərinin Heydər Əliyev prospektində və digər küçələrdə elektrik dirəkləri, qaz və su xətləri dəyişdirilir. Şəhəri təbii qazla təmin edən əsas daşıyıcı d-273 mm-lik qaz kəmərinin Əlican çayı üzərindən keçən 305 metr hissəsi təmir edilib, qaz xətlərinin təmiri, rayon əhalisinin qaz təminatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülüb. Bayan, Padar, Calud və Sincan kəndlərinin qazlaşdırılması işlərinə başlanması üçün hazırlıq görülür.
Oğuz Elektrik Şəbəkəsi tərəfindən əhalinin enerjiyə olan tələbatının ödənilməsi sahəsində də bir sıra işlər görülüb. Oğuz şəhərinin girişində, şəhərin mərkəzi küçəsində, Bayan, Qumlaq kəndlərində köhnə dayaqlar dəyişdirilərək dəmir-beton dayaqlarla əvəz olunub.
Hesabat dövründə rayon ərazisində 266 min manat həcmində rabitə xidmətləri göstərilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 31 min manat çoxdur. Hazırda rayon üzrə ümumi montaj tutumu 6272 ədəd təşkil edən 22 EATS fəaliyyət göstərir. Cari ilin 9 ayında Qarabaldır kəndində montaj tutumu 80 nömrə olan yeni elektron ATS tikilib istifadəyə verilib, şəhər EATS-in montaj tutumu 32 nömrə, kənd EATSİ-lərinin tutumu isə 274 ədəd artırılıb. Qovşaq üzrə 73 ədəd, o cümlədən, kənddə 53 ədəd telefon çəkilib. 9 ayın yekununa görə rayonda hər 100 nəfərə düşən telefonların sayı 15,3 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 59,6 ədəd təşkil edib. Bu, müvafiq şəkildə respublika səviyyəsindən 3,3 və 2 ədəd çoxdur. 2012-ci ilin 9 ayında rayonda internet provayderlərinin sayı artırılıb, Kərimli və Bucaq kəndlərinin əhalisi sürətli internetlə təmin edilib, həmçinin, poçt xidməti üzrə tarif planları yerinə yetirilib.
Hazırda Oğuz şəhərində kanalizasiya sisteminin tikintisi və su sisteminin yenidən qurulması da diqqət mərkəzindədir. 2010-cu ildə start verilən bu işlər hesabat dövründə də davam etdirilib. Belə ki, su anbarı, xlorator laboratoriyası tikintisi, drenaj işlərinin görülməsi başa çatdırılıb, şəhərdə 42,33 kilometr içməli su xətti, 60 km kanalizasiya xətti çəkilib, 1066 ədəd baxış qurğuları, 33 ədəd səki qurğuları tikilib, 590 ədəd içməli su sayğacı quraşdırılıb. Balaşum-Böyük Söyüdlü su kəmərinin tikintisi və Böyük Söyüdlü kəndində kənddaxili şəbəkənin işlənməsi davam etdirilir. Su mənbələrindən Bayan, Kərimli, Muxas, Bucaq və Xaçmaz kəndlərinə su xətlərinin çəkilişi və kənddaxili şəbəkələrin işlənməsi davam etdirilir. Digər yaşayış məntəqələrinin içməli su problemlərinin həlli istiqamətində də işlər görülür.
Kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir
Oğuzda, həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da inkişaf etdirilir. Hesabat dövründə 38596 ton payızlıq taxıl, o cümlədən, 26796 ton buğda, 11800 ton arpa istehsal edilib. Südlük və ətlik növ mal-qara yetişdirilməsi sahəsində işlər davam etdirilir. Fərdi sahibkar tərəfindən inkubasiya sexində cücə çıxarılır və əhaliyə satılır. Kərimli kəndində fəaliyyət göstərən quşçuluq fabrikində 12 ton ət istehsal edilərək əhaliyə satılıb. Doqquz ay ərzində rayonda 2006 ton ət, 11907 ton süd, 2514 min ədəd yumurta, 109,5 ton yun istehsal edilib.
Aqrolizinq ASC-nin Oğuz “Aqroservis” filialı 62 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən, 14 ədəd taxılyığan kombayn, 11 ədəd traktor və 37 ədəd digər kənd təsərrüfatı texnikası ilə təmin olunub. “Aqroservis” tərəfindən 250 ton azot gübrəsi gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə satılıb.
Təhsil, səhiyyə və mədəniyyət sahəsində mühüm addımlar atılıb
Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, inventar və avadanlıqlarla, əyani-texniki və didaktik təlim vasitələri ilə təchiz sahəsində də bir sıra tədbirlər həyata keçirilib. Təkcə son yeddi ildə Oğuz rayonunda Dövlət proqramları, Heydər Əliyev Fondu və digər mənbələr hesabına 2300 şagird yerlik 10 yeni məktəb binası tikilib istifadəyə verilib. Filfilli, Sincan, Ərmənət, Dəymədərə, Qumlaq kəndlərində yeni məktəb binalarının, Oğuz şəhərində yeni bağça binasının tikintisi dövlətimizin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğının daha bir təzahürüdür.
Məhz bu diqqət və qayğının nəticəsidir ki, 2011-2012-ci dərs ilində Oğuz məktəblərinin şagirdləri fənn olimpiadalarının respublika mərhələsində, müsabiqələrdə, idman yarışlarında uğurla çıxış ediblər. 168 nəfər məzun ali məktəblərə, 45 nəfər abituriyent orta ixtisas məktəblərinə daxil olub. Yeni bağçaların və məktəblərin tikintisi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi gələcək illərdə təhsil sahəsində nailiyyətlərin daha da artmasına kömək edəcək.
Hesabat dövründə, Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən stasionarda müalicə alan xəstələr 120 sayda dərman preparatları, 25 sayda tibbi ləvazimatlar və köməkçi materiallarla pulsuz təmin olunublar. Əhalinin sağlamlığının qorunması məqsədilə təsdiq olunmuş Dövlət Proqramı ilə əlaqədar tədbirlər planı çərçivəsində şəkərli diabet, xroniki böyrək çatışmazlığı, onkoloji və digər xəstəliklərin aşkarlanması, qeydiyyatı və müalicəsi işinə diqqət artırılıb. Rayonda uşaqlar arasında xəstəliklərə qarşı peyvəndlərin aparılması, əhali arasında bir sıra xəstəliklərə qarşı mübarizənin təşkili sahəsində müəyyən işlər görülüb. Sanitar obyektlərin müayinəsi məqsədilə 2483 sanitar bakterioloji müayinə, habelə qida laboratoriyasında bir çox müayinələr həyata keçirilib.
Bəhs edilən dövrdə rayonun mədəniyyət müəssisələri tərəfindən dövlət bayramları və tarixi günlərlə, böyük şair, yazıçı və ictimai xadimlərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən yubileyləri ilə əlaqədar bir çox işlər görülüb. Bundan başqa hesabat dövründə rayona 3200 turist gəlib. Oğuz ərazisində daha 5 yeni tarixi abidə aşkar edilərək qeydiyyata alınmaq üçün Mədəniyyət və Turizim Nazirliyinə göndərilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1515 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30